SON XƏBƏRLƏR

Xamneyinin nümayəndəsi: “Əhvazın imam cüməsi İngiltərədə inqilab ideallarını təbliğ etməkdədir”

2021.10.20, 07:36
Xamneyinin nümayəndəsi: “Əhvazın imam cüməsi İngiltərədə inqilab ideallarını təbliğ etməkdədir”

Gunaz.tv

GünAz TV: Əli Xamneyinin kütləvi informasiya vasitələri ilə iş üzrə müavini Əhvazın imam cüməsinin “İngiltərədə inqilab ideallarını təbliğ etməklə” məşğul olduğunu deyib.

 

Son günlər ərzində bir çox media orqanlarında İran “dini lider”i Əli Xamneyinin Xuzestan əyalətindəki nümayəndəsi və Əhvazın imam cüməsi Əli Musəvi Cəzayirinin ölümü barədə məlumatlar yayılıb.

 

Xamneyinin media üzrə müavini isə bu xəbərləri təkzib edib və bildirib ki, “bəzi qərəzli insanlar bu yanlış xəbərlərdən sui- istifadə edərək, ayətullah Əli Musəvinin ölümü və ya Almaniyaya istirahətə getdiyi barədə şaiyələr yayıblar”.

 

Onun sözlərinə görə, Əli Musəvinin səhhətində heç bir problem yoxdur və “o, xaricdə yaşayanlara inqilab ideallarını təbliğ etmək üçün İngiltərəyə gedib”.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar