SON XƏBƏRLƏR

Xamneyinin nümayəndəsi: “Gənclərimiz İsraili məhv etməyə tam hazırdır”

2021.10.20, 07:36
Xamneyinin nümayəndəsi: “Gənclərimiz İsraili məhv etməyə tam hazırdır”

Gunaz.tv

GünAzTV: İranın dini liderinin “Sepah”dakı nümayəndəsi, axund Abdulla Haci Sadiqi, martın 20-də Xuzistan əyalətinin Əhvaz şəhərində keçirilən bir tədbirdə çıxış edərək, İsrailin məhvindən və ölkənin raket və silah istehsalı sahəsində əldə edilən “uğur”dan danışıb.

 

Öz çıxışında, İsraili islam respublikasının əsas düşməni adlandıran axund Haci Sadiqi deyib ki, iranlı gənclər “Qüds”ü İsrailin əlindən qurtarmaq üçün hazırlaşır: “Bu gün, Qüdsü işğal edən rejim, bizim əsas düşmənimizdir. Elə buna görə də, gənclərimiz İsraili məhv etməyə tam hazırdır. Daha doğrusu, biz, Beytül-Müqəddəsi ələ keçirməyə və Qüdsü işğal edən sionist rejimi məhv etməyə tam hazır vəziyyətdəyik”.

 

Axund, həmçinin İran İslam Respublikasının raket proqramının inkişafından məmnun qaldıqlarını da xatırladıb: “Biz, kiçik silahların istehsalından başladıq və hazırda əlimizdə uzaqmənzilli raketlərimiz var”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar