SON XƏBƏRLƏR

Xamneyinin nümayəndəsi: “Heç kimə Qasım Süleymaninin düşmənləri ilə müzakirə aparamağa icazə verməyəcəyik”

2021.10.20, 07:36
Xamneyinin nümayəndəsi: “Heç kimə Qasım Süleymaninin düşmənləri ilə müzakirə aparamağa icazə verməyəcəyik”

Gunaz.tv

GünAz TV: İranın “dini lider”i Əli Xamneyinin “Sepah” terror təşkilatının “Qüds Briqadası”ndakı nümayəndəsi Əli Şirazi Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Amerika ilə müzakirə aparmağa hazır olduqları ilə bağlı səsləndirdiyi fikirlərə sərt münasibət bildirib.

 

O, heç kimə ABŞ-la müzakirə aparmağa, hətta danışıqlar meydanına girməyə belə icazə verməyəcəklərini deyib.

 

“Biz Qasım Süleymaninin düşmənləri ilə müzakirə aparmayacağıq və bunu etmək üçün də kiməsə icazə verməyəcəyik”,- deyə axund əlavə edib.

 

Əli Şirazi Kirmanda Qasım Süleymaninin qəbrini ziyarət edən zaman etdiyi çıxışda “İran hökumətinin və xalqının, hətta müqavimət cəbhəsinin Süleymaninin düşmənləri ilə müzakirəyə qarşı olduğunu” iddia edib.

 

Xatırladaq ki, Zərif bir neçə gün öncə Almaniyanın həftəlik “Şpigel” dərgisi ilə müsahibəsi zamanı Süleymaninin öldürülməsinə baxmayaraq, hələ də ABŞ ilə müzakirə qapısının açıq olduğunu demişdi. Onun bu sözləri ölkə daxilində mühafizəkar çöhrələrin hiddətinə səbəb olub.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar