SON XƏBƏRLƏR

Xamneyinin nümayəndəsi: “Konstitusiyaya Nəzarət Şurası, İranın “CFT”-yə qoşulması ilə bağlı parlamentin qəbul etdiyi layihəni rədd etməlidir”

2021.10.20, 07:36
Xamneyinin nümayəndəsi: “Konstitusiyaya Nəzarət Şurası, İranın “CFT”-yə qoşulması ilə bağlı parlamentin qəbul etdiyi layihəni rədd etməlidir”

Gunaz.tv

GünAzTV: İranın dini liderinin “Sepah”ın “Qüds” qanadındakı nümayəndəsi Əli Şirazi oktyabrın 8-də jurnalistlərə açıqlamasında Konstitusiyaya Nəzarət Şurasını, İranın “CFT”-yə qoşulması ilə bağlı parlamentin qəbul etdiyi layihəni rədd etməyə çağırıb.

 

Axund Şirazi bildirib ki, İran parlamenti, islam respublikasının “Terrorizmin Maliyyələşdirilməsinə Qarşı Mübarizə Konvensiyası”na (CFT-yə) qoşulmasını nəzərdə tutan layihəni məhz Amerikanın təzyiqi ilə qəbul edib: “Bu layihənin qəbul olunması o deməkdir ki, İran İslam Respublikası bundan sonra Livan, İraq və Suriyadakı qruplara verdiyi dəstəyini dayandırmalıdır. Belə çıxır ki, biz amerikalıların ölkəmizə qarşı göstərdiyi təzyiqinə görə bu konvensiyaya qoşuluruq. Bəs görəsən bizim qeyrətimizə nə gəlib, niyə fəryad qoparmırıq.

 

Bu gün Konstitusiyaya Nəzarət Şurasının üzərinə böyük bir vəzifə düşür. Hesab edirəm ki, bu şura, bu hərəkətin qarşısını almalı, İranın “Terrorizmin Maliyyələşdirilməsinə Qarşı Mübarizə Konvensiyası”na (CFT-yə) qoşulması ilə bağlı qəbul etdiyi layihəni rədd etməlidir”

 

Oktyabrın 7-də İran parlamenti dörd aylıq mübahisələrdən sonra ölkənin “Terrorizmin Maliyyə Baxımdan Təmin Edilməsinə Qarşı Mübarizə Konvensiyası”na (CFT) qoşulmasına razılıq verib.

 

Parlamentin qızğın keçən iclasında bir neçə müvafiq və müxalif deputatın çıxışından sonra, İranın CFT-yə qoşulmasını nəzərdə tutan layihə səsə qoyulub. 270 deputatın qatıldığı səsvermədə, 143 nəfər layihənin lehinə, 120 nəfər  əleyhinə səs verib, 5 nəfər bitərəf qalıb. Bununla da layihə səs çoxluğu ilə qəbul edilib.

 

İranın dini lideri axund Əli Xamneyi bir neçə ay əvvəl öz çıxışlarhının birində İranın bu konvensiyaya qoşulmasına qarşı çıxdığını bəyan etsə də, sonradan xarici təzyiqlər artdıqdan  sonra əvvəlki mövqeyindən geri çəkilmək məcburiyyətində qalıb.

 

 

Xatırladaq ki, dünyada qanunsuz yollarla əldə edilmiş çirkli pulların yuyulmasına, maliyyə fırıldaqçılığına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə aparan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF), iyunun 29-da bəyanat yayaraq, İrana maliyyə qanunlarında islahatlar aparması və “CFT”-yə qoşulması üçün oktyabrın ortalarına qədər vaxt vermişdi.  

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar