SON XƏBƏRLƏR

Xamneyinin nümayəndəsindən çağırış: “Dünyaya daha çox uşaq gətirmək yolunda cihad edin”- FOTO

2021.10.20, 07:36
Xamneyinin nümayəndəsindən çağırış: “Dünyaya daha çox uşaq gətirmək yolunda cihad edin”- FOTO

Gunaz.tv

GünAz TV: İranın “dini lider”i Əli Xamneyinin orduda fəaliyyət göstərən nümayəndəsi Abbas Məhəmmədhəsəni gülməli bəyanatla çıxıb edib.

 

“Düşmənin İran cəmiyyətinin azalması üçün planlar qurduğunu” dilə gətirən axund bildirib ki, bunun qarşısını almaq üçün ölkə əhalisi dünyaya daha çox uşaq gətirmək uğrunda “cihad” etməlidir.

 

“İnsanlar cihad etməklə, dünyaya daha çox uşaq gətirməli və bununla da şiələrin sayı artmalıdır”- deyə Abbas Məhəmmədhəsəni əlavə edib.

 

Qeyd etmək lazımdır ki, Əli Xamneyi son illər ərzində etdiyi çıxışlarında dəfələrlə bildirib ki, ölkə əhalisinin sayının 150 milyon nəfər olmasını istəyir.

 

 

Ölkənin Mərkəzi Statistika Komitəsi hazırda İran cəmiyyətinin sayının 83 milyon olduğunu bildirir. Komitənin son statistikasına əsasən, cəmiyyətin artım tepmi 1.24%, yaşlanma tempi isə 3.62% təşkil edir.

 

 

Xamneyi cari ilin mart ayında bir daha bildirmişdi ki, “müsəlman əhalinin sayının artması inkişaf və güclənməyə səbəb olacaq”.

 

Abbas Məhəmmədhəsəni çıxışının davamıda “dini lider”in bu fikirlərinə toxunaraq, qeyd edib ki, “düşmən müsəlman əhalini azaltmaqla, İran, Misir, Tunis, Livan və Yəmən kimi ölkələrin müdafiə qüdrətini zəiflətmək istəyir”.

 

O, həmçinin son illərdə Suriyada və İraqda gedən müharibələrdən bəhs edərək, bu ölkələrin qorunmasının əsas səbəbinin “keçmişdə insanların az uşaq dünyaya gətirməklə bağlı düşmən tələsinə düşmədiyinin göstəricisi” olduğunu deyib. Axundun fikrinə görə, daha çox uşaq dünyaya gətirmək gələcəkdə daha çox döyüşçüyə sahib olmaq deməkdir.

 

“Düşmənin tələsini məhv etmək üçün çalışan və buna görə də dünyaya uşaq gətirən müsəlman qadınlar Allah yolunda cihad etdiklərinə görə, mükafat alacaqlar. Onlar həmçinin imam Zamanın sevdiyi və hörmət etdiyi qadınlardırlar”- deyə Xamneyinin nümayəndəsi əlavə edib.

 

Müxtəlif mütəxəssislər Xamneyi və ona bağlı siyasi fiqurların bu çağırışlarını məntiqsiz adlandırırlar. Onlar bildirirlər ki, ölkədəki ekoloji, sosial və iqtisadi vəziyyəti nəzərə aldıqda, cəmiyyətin sayının artması daha da böyük problemlərə yol açacaq. Onlar xüsusilə “Dünya Mənbələri Müəssisəsi”nin yaydığı son hesabata dəlil kimi göstərirlər. Bu hesabatda İran, Qətər və İsrail kimi ölkələrin böyük ekoloji fəlakətlə üzbəüz olduğu və onların içməli su ehtiyatlarının tezliklə tükənə biləcəyi qeyd edilirdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar