Xamneyinin nümayəndəsi seçkiləri boykot edənləri “kafir” adlandırdı

2021-05-29 12:13

İranın “dini lider”i Əli Xamneyinin Rəzəvi Xorasandakı nümayəndəsi Əhməd Ələmülhüda mayın 28-də cümə namazı xütbələrindəki çıxışında qarşıdan gələn prezident seçkilərindən danışıb.

Gunaz.tv Quote | Gunaz article

Məşhədin imam cüməsi axund Əhməd Ələmülhüda çıxışında prezidentliyə namizədliyi Konstitusiyaya Nəzarət Şurası tərəfindən rədd edilən bəzi tanınmış namizədlərin və digər şəxslərin ölkə əhalisini dolayısı şəkildə seçkiləri boykota çağırmasına toxunub.

Axund Ələmülhüda konkret hər hansı bir şəxsin adını çəkmədən deyib ki, seçkilərdə iştirak etməyəcəklərini bildirənlər islamdan çıxmış sayılırlar.


“İslam peyğəmbərinin rəvayətinə görə, seçkilərdə iştirak etməyəcəyini və kiməsə səs verməyəcəyini nildirən hər şəxs islamdan çıxmış sayılır və belə bir şəxs artıq müsəlman sayılmır.


Ölkə liderinin (Xamneyi-red) seçkilər ərəfəsində seçkilərdə iştirak etməyin dini bir vəzifə olması ilə bağlı fətva verməsi və əhalini səs verməyə dəvət etməsi də məhz bununla bağlıdır”, -deyə Əli Xamneyinin Rəzəvi Xorasandakı nümayəndəsi, Məşhədin imam cüməsi axund Əhməd Ələmülhüda dünən namaz xütbəlırindəki çıxışında bildirib.


Xatırladaq ki, son günlər prezidentliyə namizədliyi rədd edilmiş keçmiş prezident Mahmud Əhmədinejad və islahaçıların namizədi Mustafa Taczadə sosial şəbəkələrdə yaydıqları bəyanatlarda Konstitusiyaya Nəzarət Şurasının prezidentliyə namizədliyini irəli sürmüş namizədlərin səlahiyyətini geniş şəkildə rədd etməsinə etiraz bildirərək, seçkilərə qatılmayacaq və heç bir namizədə səs verməyəcəklərini bildirinblər.


Prezidentliyə namizədliyi rədd edilmiş bir sıra tanınmış simalar, o cümlədən də İran parlamentinin keçmiş sədri Əli Laricani və İranın indiki Birinci vitse-prezidenti İshaq Cahangir məsələyə sərt reaksiya verməyərək susmağa üstünlük veriblər. 


Qeyd edək ki, Məşhədin imam cüməsi axund Əhməd Ələmülhüda prezidentliyə namizədliyi təsdiq olunan axund İbrahim Rəisinin həm də qayınatasıdır.


İranda 13-cü prezident seçkilərinin keçirilməsi iyunun 18-nə təyin edilib.

علی خامنه‌ای، احمد علم الهدی و ابراهیم رئیسی (عکس از آرشیو)

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şəhid Fərman Yaqublu Beyləqanda dəfn olunacaq

2021-07-23

gun az article

Kəlbəcərdə atışma davam edir

2021-07-23

gun az article

Atası Füzulidə, özü Kəlbəcərdə şəhid oldu

2021-07-23

gun az article

Putin Təhlükəsizlik Şurasının iclasında MDB ölkələri ilə münasibətləri müzakirə edəcək

2021-07-23

gun az article

Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib

2021-07-23

gun az article

Rövşən Rzayev Cahit Bağcı ilə görüşdü

2021-07-23

gun az article

Füzulidə 4 hərbçinin qalıqları tapıldı

2021-07-23

gun az article

Ukraynalı millət vəkili: "Azərbaycan diasporu ölkənin ictimai-siyasi həyatında iştirak edə bilər"

2021-07-23

gun az article

Kərim Vəliyev müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi təyin edilib

2021-07-23

gun az article

İranda qatar relsdən çıxaraq aşıb

2021-07-23

gun az article

"Dinc aksiyaçılara qarşı həyata keçirilən repressiyalar dəhşətlidir"- “Amnesty İnternational” İranı ittiham etdi

2021-07-23

gun az article

Vilayət Quliyev səfir vəzifəsindən geri çağırıldı

2021-07-23

gun az article

Daşkəsəndə yeni məktəb tikiləcək

2021-07-23

gun az article

Ağdamın Göytəpə kəndi - VİDEO

2021-07-23

gun az article

Xamneyi: “Xuzistan əhalisi diqqətli olmalıdır ki, düşmənin əlinə bəhanə verilməsin”

2021-07-23

gun az article

Erməni silahlı birləşməsinin 13 üzvünə hökm oxundu – Məhkəmə başa çatdı

2021-07-23

gun az article

Şuşaya dəmir yolu çəkilir

2021-07-23

gun az article

Etirazlar İranın digər şəhərlərinə yayıldı: Əliqudərzdə “Xamneyiyə ölüm” şüarları səsləndi -VİDEO

2021-07-23

gun az article

Azad Ağdam yenidən qurulur-O yenə AĞ şəhər olacaq...

2021-07-23

gun az article

“Türkiyənin Avropa Birliyinə qoşulmasını gözləmirəm” – Almaniya kansleri Merkel

2021-07-23