SON XƏBƏRLƏR

Xamneyinin “Sepah”dakı nümayəndəsi: “Tel-Əviv və Hayfa yerlə yeksan ediləcək”

2021.10.20, 07:36
Xamneyinin “Sepah”dakı nümayəndəsi: “Tel-Əviv və Hayfa yerlə yeksan ediləcək”

Gunaz.tv

GünAzTV: İranın dini liderinin “Sepah”ın “Qüds” qanadındakı nümayəndəsi axund Əli Şirazi, aprelin 12-də jurnalistlərə açıqlamasında İsrailə qarşı təhdid dolu sərt bəyanatlar səsləndirib.

 

Axund Şirazinin Tel-Əvivi təhdid etməsi, İsrailin baş naziri Benyamin Netanyahunun İrana xəbərdarlığından bir gün sonraya təsadüf edib.

 

Xamneyinin "Sepah"dakı nümayəndəsi, deyib ki, İsrail İranı Suriya ilə səhv salmamalıdır: “Əgər İsrail xəbasət dolu həyatını bir neçə gün uzadaraq mövcud olmaq istəyirsə, axmaq addımlar atmaqdan əl çəkməli, davranışlarına fikir verməlidir. Əgər onlar İranın əlinə bir bəhanə versələr, Tel-Əviv və Hayfa yerlə yeksan ediləcək”.

 

Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu aprelin 11-də Xolokost qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində çıxış edərək, ölkəsinə qarşı mümkün hər hansı bir hücumla bağlı İrana kəskin xəbərdarlıq edib: “İsrail hökuməti, ona qarşı edilən hər hansı bir təcavüzü bətnində boğaraq təcavüzkara kəskin cavab verəcək. Bu, yalnız bir söz və ya şüar yox, əməldə sübuta yetirilmiş bir faktdır. Əgər İran İsrailə qarşı hər hansı bir addım atarsa, biz, Bəşər Əsəd rejiminin işini biryolluq bitirəcək, onun özünü isə devirəcəyik. Mənim İran rəhbərlərinə bir mesajım var: -Bizim iradəmizi sınağa çəkməyin”.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar