SON XƏBƏRLƏR

Xaricdə yaşayan azərbaycanlıların ilk siyasi partiyası dövlət qeydiyyatından keçib

2021.10.20, 07:36
Xaricdə yaşayan azərbaycanlıların ilk siyasi partiyası dövlət qeydiyyatından keçib

Gunaz.tv
Xaricdə yaşayan azərbaycanlıların ilk siyasi partiyası dövlət qeydiyyatından keçib Xaricdə yaşayan azərbaycanlıların ilk siyasi partiyası dövlət qeydiyyatından keçib. Gürcüstanın Ədliyyə Nazirliyi bu ölkənin prezidentliyinə keçmiş namizəd Fazil Əliyevin “Gürcüstan naminə” partiyasını qeydiyyata alıb. Bu barədə partiyanın sədri çərşənbə axşamı telefonla Tbilisidən Trend News-a məlumat verib. “Gürcüstan naminə” partiyasının təsis qurultayı cari il fevralın 3-də Tbilisidə keçirilib. Fevralın 4-də sənədlər Gürcüstanın Ədliyyə Nazirliyinə təqdim edilib. Gürcüstan qanunvericiliyinə əsasən, partiyanın qeydiyyatı məsələsinə bir ay ərzində baxılır. Lakin Ədliyyə Nazirliyinə təqdim edilən sənədlərdəki texniki səhvlərə görə proses uzanıb. Dövlət qeydiyyatından keçmədiyi üçün partiya müstəqil şəkildə Gürcüstan parlamentinə mayın 21-də keçirilən seçkilərdə iştirak edə bilməyib. Əliyev “Gürcüstan naminə” partiyasının mərkəzçi mövqedən çıxış edəcəyini bildirib. Partiyanın sıralarında 200-ə yaxın üzv var. Onların arasında azərbaycanlılardan əlavə, gürcülər, ukraynalılar, ruslar və Gürcüstanda yaşayan digər millətlərin nümayəndələri toplaşıblar. Əliyev bildirib ki, partiya Tbilisidə müvəqqəti qərargahda fəaliyyət göstərir. O bildirib ki, təşkilat Gürcüstanın azərbaycanlıların sıx yaşadığı rayonlarda nümayəndəliklər açmaq niyyətindədir. Gürcüstan Azərbaycanlıları Milli Assambleyası (GAMA) və Gürcüstan Azərbaycanlıları Beynəlxalq Şurası (GABŞ) tərəfindən Əliyevin Gürcüstan prezidentliyinə namizədliyi irəli sürülmüşdü. Dekabrda isə Əliyev prezident seçkilərində iştirakdan imtina edib. O, öz qərarını Gürcüstanın “dövlət strukturlarının təzyiqi ilə” əsaslandırıb. Nəticədə Əliyev yeni konstruktiv-müxalifət partiyasının yaradılmasını bəyan edib. presspost

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar