SON XƏBƏRLƏR

Xə­ləf Xə­lə­fov: "Keşişçi dagı" adlanan ərazinin Gurcustanla mubadilə edilməsi muzakirə movzusu deyil".MÜSAHİBƏ

2021.10.20, 07:36
Xə­ləf Xə­lə­fov: "Keşişçi dagı" adlanan ərazinin Gurcustanla mubadilə edilməsi muzakirə movzusu deyil".MÜSAHİBƏ

Gunaz.tv
22130608.jpg "Ru­si­ya­nın Azər­bay­can əra­zi­sin­də heç bir ank­la­vı yox­dur" Xə­ləf Xə­lə­fov: "Keşişçi dagı" adlanan ərazinin Gurcustanla mubadilə edilməsi muzakirə movzusu deyil" Azər­bay­can xa­ri­ci iş­lər na­zi­ri­nin müa­vi­ni Xə­ləf Xə­lə­fo­vun APA-ya mü­sa­hi­bə­si - Türk­mə­nis­tan və İran­la Xə­zə­rin hü­qu­qi sta­tu­su­na da­ir da­nı­şıq­lar han­sı mər­hə­lə­də­dir? Türk­mə­nis­tan pre­zi­den­ti Qur­ban­qu­lu Ber­dı­mə­həm­mə­do­vun Ba­kı­ya sə­fə­ri bu da­nı­şıq­la­ra müs­bət tə­sir gös­tə­rə­cək­mi? - Türk­mə­nis­tan pre­zi­den­ti­nin Azər­bay­ca­na sə­fə­ri çox bö­yük ta­ri­xi əhə­miy­yə­tə ma­lik­dir. Pre­zi­dent­lər ara­sın­da da­nı­şıq­lar nə­ti­cə­sin­də əla­qə­lər­də ye­ni meyl­lər ya­ran­ma­ğa baş­la­nıb. Bu meyl­lə­ri bər­kit­mək və da­ha da in­ki­şaf et­dir­mək üçün bir çox təd­bir hə­ya­ta ke­çi­ri­lə­cək. Azər­bay­ca­nın baş na­zi­ri­nin, xa­ri­ci iş­lər na­zi­ri­nin Türk­mə­nis­ta­na sə­fər­lə­ri, hər iki pre­zi­den­tin sə­rən­ca­mı ilə iq­ti­sa­di əmək­daş­lıq ko­mis­si­ya­sı­nın ya­ra­dıl­ma­sı, onun bi­rin­ci ic­la­sı­nın nə­ti­cə­si ola­raq Azər­bay­can­la Türk­mə­nis­tan ara­sın­da borc mə­sə­lə­si­nin ta­ma­mi­lə həll olun­ma­sı Türk­mə­nis­tan pre­zi­den­ti­nin Azər­bay­ca­na rəs­mi sə­fər et­mə­si­nə im­kan­lar ya­rat­dı. Sə­fər hər iki döv­lət, iki dost və qar­daş xalq üçün çox bö­yük ta­ri­xi əhə­miy­yət kəsb edir. Sə­fə­rin çox bö­yük nə­ti­cə­lə­ri ol­du. Əsas nə­ti­cə­lər on­dan iba­rət­dir ki, Türk­mə­nis­tan­la Azər­bay­can ara­sın­da si­ya­si mü­na­si­bət­lər nor­mal axa­rı­na düş­dü, mü­na­si­bət­lə­rin ye­ni mər­hə­lə­də in­ki­şa­fı üçün əsas ya­ra­dıl­dı və ən azı iki döv­lət ara­sın­da si­ya­si dia­lo­qun bun­dan son­ra da in­ten­siv qay­da­da da­vam et­di­ril­mə­si, hö­ku­mət­lər ara­sın­da bu dia­lo­qun ge­niş­lən­di­ril­mə­si, iq­ti­sa­di sa­hə­də əmək­daş­lı­ğın ar­tı­rıl­ma­sı, konk­ret la­yi­hə­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si­ni tə­min edən ad­dım­la­rın atıl­ma­sı, xü­su­si­lə iq­ti­sa­di əmək­daş­lıq çər­çi­və­sin­də ener­ge­ti­ka sa­hə­sin­də olan bö­yük po­ten­sia­lı nə­zə­rə ala­raq konk­ret əmək­daş­lı­ğa baş­lan­ma­sı, ey­ni za­man­da hu­ma­ni­tar və mə­də­niy­yət sa­hə­sin­də ta­ri­xi kök­lə­rə ma­lik olan bu əla­qə­lə­rin da­ha da ge­niş­lən­di­ril­mə­si və də­rin­ləş­di­ril­mə­si haq­qın­da qə­rar­lar qə­bul edi­lib. Ən va­cib qə­rar­lar­dan bi­ri isə pre­zi­dent­lər tə­rə­fin­dən Azər­bay­can-Türk­mə­nis­tan neft-qaz konf­ran­sı­nın Ba­kı­da ke­çi­ril­mə­si­nə da­ir ra­zı­lıq əl­də olun­ma­sı­dır. Bu­nun çox bö­yük əhə­miy­yə­ti var. Bi­rin­ci­si, bu for­mat im­kan ve­rir ki, Azər­bay­can və Türk­mə­nis­tan neft-qaz və ener­ge­ti­ka sa­hə­sin­də əmək­daş­lı­ğa baş­la­sın, öz po­ten­si­al­la­rı­nı tu­tuş­dur­sun, möv­cud və­ziy­yə­ti araş­dır­sın və bu­nun əsa­sın­da əmə­li ad­dım­la­rın atıl­ma­sı, konk­ret la­yi­hə­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si­nə start ve­ril­sin. Hal-ha­zır­da konf­ran­sın hə­ya­ta ke­çi­ril­mə­si üçün təş­ki­la­tı və ha­zır­lıq iş­lə­ri apa­rı­lır. Bir ne­çə gün əv­vəl sə­na­ye və ener­ge­ti­ka na­zi­ri Na­tiq Əli­yev və mən Türk­mə­nis­tan­da ke­çi­ri­lən neft və qaz konf­ran­sın­da iş­ti­rak et­dik. Hə­min konf­rans­da yal­nız Azər­bay­can nü­ma­yən­də he­yə­ti ən yük­sək sə­viy­yə­də təm­sil olu­nur­du. Bu onu gös­tə­rir ki, bi­zim əmək­daş­lı­ğın ar­tı­rıl­ma­sı üçün bö­yük ira­də­miz var və hər iki tə­rəf­dən bu­na qar­şı­lıq­lı səy­lər gös­tə­ri­lir. Xə­zə­rin de­li­mi­ta­si­ya­sı­na gəl­dik­də, bu, çox mü­hüm mə­sə­lə­dir. Bi­zim bü­tün da­nı­şıq­la­rı­mız­da və iki­tə­rəf­li mü­na­si­bət­lə­rin in­ki­şa­fı kon­teks­tin­də be­lə bir an­laş­ma var ki, bu mə­sə­lə­nin ay­rı­ca ola­raq iş­çi qrup­la­rı tə­rə­fin­dən mü­za­ki­rə­si da­vam et­di­ril­mə­li­dir. Ça­lış­ma­lı­yıq ki, bu mə­sə­lə ilə bağ­lı hər iki tə­rə­fin möv­qe­yi­ni ya­xın­laş­dı­raq və ümu­mi ra­zı­laş­ma­nın ya­ran­ma­sı üçün bir qə­ra­ra gə­lək. Bu mə­sə­lə­nin da­vam et­mə­si­nin iki­tə­rəf­li müs­tə­vi­də əla­qə­lə­rin in­ki­şa­fı­na heç bir tə­si­ri ol­ma­ya­caq. Biz bir­gə la­yi­hə­lər hə­ya­ta ke­çir­mə­yi, o cüm­lə­dən ener­ji sa­hə­sin­də əmək­daş­lı­ğı nə­zər­də tu­tu­ruq, pa­ra­lel ola­raq isə Xə­zə­rin de­li­mi­tia­si­ya­sı mə­sə­lə­si­nin mü­za­ki­rə­si da­vam et­di­ri­lə­cək. De­li­mi­ta­si­ya çər­çi­və­sin­də əsas mə­qam­lar­dan bi­ri on­dan iba­rət­dir ki, tə­rəf­lə­rin bu mə­sə­lə­ni həll et­mə­yə bö­yük ira­də­si var, bu, hər iki döv­lət baş­çı­sı­nın nə­za­rə­tin­də olan mə­sə­lə­dir və on­la­rın bu­nun­la bağ­lı tə­li­mat­la­rı var. Bu tə­li­mat­lar əsa­sın­da iş­çi qrup­lar mü­tə­ma­di ola­raq da­nı­şıq­la­rı da­vam et­di­rə­cək. Son da­nı­şıq­lar Aş­qa­bad­da ke­çi­ri­lib, bir çox mə­sə­lə mü­za­ki­rə edi­lib. An­caq bə­zi açıq mə­sə­lə­lər ət­ra­fın­da eks­pert­lər sə­viy­yə­sin­də iş da­vam et­di­ri­lir. Bu, or­ta xət­tin ko­or­di­nat­la­rın qu­rul­ma­sı üçün ele­ment­lə­rin ra­zı­laş­dı­rıl­ma­sı, xə­ri­tə-to­poq­ra­fik ma­te­ri­al­la­rın öy­rə­nil­mə­si və di­gər­lə­ri­dir. Bu gün da­nı­şıq­lar çər­çi­və­sin­də möv­cud olan po­ten­si­al be­lə de­mə­yə əsas ve­rir ki, mü­hüm və müs­bət nə­ti­cə­lə­rin əl­də olun­ma­sı­na im­kan ya­ra­na­caq. Da­nı­şıq­lar nə­ti­cə­sin­də ya­xın za­man­lar­da mə­sə­lə­nin həl­li­nə, hər iki tə­rəf üçün məq­bul va­ri­an­tın qə­bu­lu­na na­il ola­ca­ğı­mı­za ümid edi­rik. - SSRİ-nin İra­nın də­niz­də­ki pa­yı ne­çə fa­iz təş­kil edib? İran mən­bə­lə­ri hə­min vaxt öl­kə­lə­ri­nin də­ni­zin ya­rı­sı­na sa­hib ol­du­ğu­nu id­dia edir... - Tə­əs­süf ki, so­vet­lər döv­rün­də Xə­zər də­ni­zin­də hü­qu­qi mə­sə­lə­lər hə­ya­ta ke­çi­ril­mə­yib, mə­sə­lə yal­nız 1921 və 1940-cı il sa­ziş­lə­ri çər­çi­və­sin­də tən­zim­lə­nir­di. Hə­min sa­ziş­lə­rə gö­rə, sər­bəst ti­ca­rət gə­mi­çi­li­yi prin­si­pi mü­əy­yən olun­muş­du. Yə­ni, SSRİ və İra­nın ti­ca­rət gə­mi­lə­ri də­niz­də sər­bəst hə­rə­kət edə bi­lər­di, 10 mil enin­də ba­lıq­çı­lıq yu­ris­dik­si­ya­sı mü­əy­yən olun­muş­du, bu əra­zi­də on­la­rın ba­lıq tut­maq ica­zə­si var­dı. Ey­ni za­man­da mü­əy­yən təc­rü­bə­lər tət­biq olu­nur­du. Mə­sə­lən, mi­ne­ral eh­ti­yat­lar­dan is­ti­fa­də ilə əla­qə­dar de­mək olar ki, böl­gü təc­rü­bə­si for­ma­laş­mış­dı. SSRİ İran­dan ası­lı ol­ma­dan öz sek­to­run­da mi­ne­ral eh­ti­yat­la­rın ha­si­la­tı ilə məş­ğul olur­du, Neft Daş­la­rın­da 40-cı il­lər­dən neft çı­xa­rıl­ma­sı­na baş­lan­mış­dı. Nə­in­ki İran­la, hət­ta keç­miş SSRİ res­pub­li­ka­la­rı ara­sın­da 70-ci il­lər­dən baş­la­ya­raq böl­gü prin­si­pi əsa­sın­da mi­ne­ral eh­ti­yat­la­rın is­ti­fa­də­si hə­ya­ta ke­çi­ri­lir­di. Yə­ni, fak­ti­ki ola­raq, həm İran və SSRİ ara­sın­da təc­rü­bə­yə əsas­la­nan şər­ti sek­tor möv­cud idi, həm də SSRİ res­pub­li­ka­la­rı ara­sın­da Xə­zər­də iq­ti­sa­di fəa­liy­yət hə­ya­ta ke­çir­mək üçün sek­tor­lar mü­əy­yən olun­muş­du. Xə­zər də­ni­zin­də ümu­mi bey­nəl­xalq hü­quq sə­viy­yə­sin­də olan təc­rü­bə­lər möv­cud olub. SSRİ sü­qu­ta uğ­ra­yan­dan son­ra da bu qay­da­lar qüv­və­də qa­lıb. Çün­ki hü­qu­qi va­kuu­mun ya­ran­ma­sı müm­kün de­yil­di, əks hal­da anar­xi­ya ya­ra­nar­dı. Bu hü­qu­qi qay­da­lar in­di də qüv­və­də­dir. Azad ti­ca­rət gə­mi­çi­li­yi hə­ya­ta ke­çi­ri­lir, 10 mil enin­də ba­lıq­çı­lıq yu­ris­dik­si­ya­sı əsas gö­tü­rü­lür və s. İra­nın də­ni­zin 50 fai­zi­nə ma­lik ol­du­ğu ba­rə­də fi­kir­lə­rin isə heç bir hü­qu­qi əsa­sı yox­dur. Xə­zər də­ni­zi öl­kə­lə­ri ara­sın­da ümu­mi ra­zı­lıq əl­də olu­nub ki, iq­ti­sa­di fəa­liy­yət ba­xı­mın­dan Xə­zə­rin mi­ne­ral eh­ti­yat­la­rı­nın is­ti­fa­də­si ba­xı­mın­dan də­niz sek­tor­la­ra bö­lün­mə­li­dir. Prak­ti­ki ola­raq bu işə baş­la­nıb və de­mək olar ki, ya­rı­dan ço­xu ar­tıq hə­ya­ta ke­çi­ri­lib. Qa­za­xıs­tan və Ru­si­ya ilə bu mə­sə­lə­ni tam bi­tir­mi­şik, mü­va­fiq sa­ziş­lər im­za­la­nıb. Xə­zə­rin şi­mal his­sə­sin­də bu sa­ziş­lə­rə əsa­sən, tam hü­qu­qi mə­na­da üç öl­kə ara­sın­da bu mə­sə­lə­lə­ri tam tən­zim­lə­mək im­ka­nı əl­də et­mi­şik. İna­nı­ram ki, tət­biq edi­lən böl­gü prin­sip­lə­ri­nin Xə­zə­rin di­gər his­sə­lə­rin­də, di­gər öl­kə­lər­lə də tət­bi­qi üçün bö­yük əsas var. Bu is­ti­qa­mət­də biz həm Türk­mə­nis­tan, həm də İran­la da­nı­şıq­la­rı da­vam et­di­ri­rik. İran­la Azər­bay­can ara­sın­da mü­tə­ma­di fəa­liy­yət gös­tə­rən iş­çi qru­pu var, biz vax­ta­şı­rı bu mə­sə­lə­yə qa­yı­dı­rıq, möv­qe­lə­ri­mi­zi tu­tuş­du­ru­ruq, da­nı­şıq­la­rı da­vam et­di­ri­rik. Əv­vəl­lər İran tə­rəf­dən bu mə­sə­lə ilə Meh­di Sə­fə­ri məş­ğul olur­du, in­di isə bu və­zi­fə İran xa­ri­ci iş­lər na­zi­ri­nin bi­rin­ci müa­vi­ni Əlir­za Şeyx Ət­ta­ra hə­va­lə olu­nub. İran­la da iki­tə­rəf­li mü­na­si­bət­lə­rin po­ten­sia­lı və sə­viy­yə­si bu mə­sə­lə­lə­rin da­nı­şıq­lar çər­çi­və­sin­də həl­li­nə da­ir da­nı­şıq­la­rı da­vam et­dir­mə­yə im­kan ve­rir. - Teh­ran sam­mi­tin­də Ba­kı­da Xə­zə­rin təh­lü­kə­siz­lik mə­sə­lə­lə­ri­nə həsr olun­muş konf­ran­sın ke­çi­ril­mə­si nə­zər­də tu­tul­muş­du. Bu konf­rans nə vaxt ke­çi­ri­lə­cək? - Təh­lü­kə­siz­lik as­pekt­lə­ri­nə aid olan bir çox tək­lif var­dı. Mə­sə­lən, Ru­si­ya Kas­for ya­rat­ma­ğı, Qa­za­xıs­tan eti­ma­dı güc­lən­di­rən sa­ziş bağ­la­ma­ğı, İran isə baş­qa bir təş­ki­lat ya­rat­ma­ğı tək­lif edir. Teh­ran sam­mi­tin­də Xə­zə­rin bü­tün prob­le­ma­ti­ka­sı mü­za­ki­rə olun­du­ğu çər­çi­və­də bu mə­sə­lə­lər də qal­dı­rıl­mış­dı. Təh­lü­kə­siz­lik mə­sə­lə­lə­ri­nin komp­leks mə­sə­lə ol­du­ğu nə­zə­rə alı­na­raq, bu­nun­la bağ­lı ümu­mi mü­za­ki­rə­lə­rin apa­rıl­ma­sı tək­lif edil­di. Xə­zə­rin hü­qu­qi sta­tu­su­na da­ir eks­pert ic­la­sı Ba­kı­da ke­çi­ri­lə­cə­yin­dən təh­lü­kə­siz­lik­lə bağ­lı eks­pert ic­la­sı­nın da Azər­bay­can­da ke­çi­ril­mə­si tək­lif olun­du. Biz də be­lə fik­rə gəl­dik ki, möv­cud olan təh­lü­kə­siz­lik mə­sə­lə­lə­ri­nə aid bü­tün tək­lif­lə­ri ümu­mi­ləş­di­rək, onun əsa­sın­da bir la­yi­hə ha­zır­la­yaq və eks­pert­lə­rin mü­za­ki­rə­si­nə təq­dim edək. Təh­lü­kə­siz­lik mə­sə­lə­lə­ri çox ge­niş fəa­liy­yət­lə­rə aid edi­lir. Bu­ra­ya Xə­zər də­ni­zin­də müx­tə­lif qey­ri-qa­nu­ni fəa­liy­yət­lə­rin - ter­ro­rizm, qa­çaq­mal­çı­lıq, si­lah al­ve­ri, in­san al­ve­ri­nin qar­şı­sı­nın alın­ma­sı, Xə­zər­ya­nı öl­kə­lə­rin, on­la­rın Xə­zər də­ni­zin­də hə­ya­ta ke­çir­di­yi fəa­liy­yə­tin, mi­ne­ral eh­ti­yat­la­rın ha­si­la­tı ilə məş­ğul olan şir­kət­lə­rin yük­sək həcm­li in­ves­ti­si­ya­la­rı­nın təh­lü­kə­siz­li­yi və s. da­xil­dir. Bun­lar ha­mı­sı komp­leks mə­sə­lə­lər­dir. Ey­ni za­man­da təh­lü­kə­siz­lik mə­sə­lə­lə­ri ki­mi, hər­bi qüv­və­lə­rin möv­cud­lu­ğu, on­la­rın gə­lə­cək fəa­liy­yə­ti, yer­də­yiş­mə­si, hər­bi gə­mi­lə­rin hə­rə­kət­lə­ri - bun­lar ha­mı­sı mü­əy­yən bir sə­nəd­də ək­si­ni tap­ma­lı­dır. Bü­tün bun­lar mü­əy­yən prin­sip­lər əsa­sın­da tən­zim­lən­mə­li­dir ki, bü­tün Xə­zər­ya­nı döv­lət­lər bə­ra­bər təh­lü­kə­siz­lik təd­bir­lə­ri ilə tə­min ol­sun, bə­ra­bər təh­lü­kə­siz­lik şə­rai­ti ya­ra­dıl­sın. Ar­tıq bu­nun vax­tı ça­tıb. Konf­rans sam­mi­tə qə­dər baş tut­ma­lı­dır. Xə­zə­rin hü­qu­qi sta­tu­su ilə bağ­lı xü­su­si iş­çi qru­pun ic­la­sı­nın da Ba­kı­da ke­çi­ril­mə­si nə­zər­də tu­tu­lur. İc­la­sın ta­ri­xi də­qiq­ləş­di­ri­lir, yə­qin ki, yay ay­la­rı­na dü­şə­cək. - "Ke­şiş­çi da­ğı" ad­la­nan əra­zi­ni Gür­cüs­ta­nın mü­ba­di­lə yo­lu ilə əl­də et­mək is­tə­yi var­mı? - Bu sa­hə mü­ba­di­lə möv­zu­su de­yil. Müx­tə­lif fi­kir­lə­rin səs­lən­mə­si­nə bax­ma­ya­raq, bu mə­sə­lə bu kon­teks­tdə mü­za­ki­rə olun­mur. Azər­bay­can-Gür­cüs­tan ara­sın­da sər­həd­lər möv­cud sə­nəd­lər əsa­sın­da ra­zı­laş­dı­rı­lır. Sə­nəd­lə­rin araş­dı­rıl­ma­sı, tu­tuş­du­rul­ma­sı əsa­sın­da de­li­mi­ta­si­ya pro­se­si­ni da­vam et­di­ri­rik. - Xaç­ma­zın Ur­ya­no­ba və Xra­xo­ba kənd­lə­rin­də ya­şa­yan Ru­si­ya və­tən­daş­la­rı­nın prob­le­mi həll olu­nur­mu, bu əra­zi­lər Ru­si­ya­nın ank­la­vı olub­mu? - Ru­si­ya­nın Azər­bay­can əra­zi­sin­də heç bir ank­la­vı yox­dur. Hə­min prob­lem qey­ri-qa­nu­ni məs­kun­laş­ma­nın nə­ti­cə­sin­də ya­ra­nıb. So­vet­lər vax­tın­da Da­ğıs­tan­la Azər­bay­can ara­sın­da mal-qa­ra­nın yay­laq­la­ra apa­rıl­ma­sı üçün qar­şı­lıq­lı ola­raq yer­lər tək­lif olu­nub, son­ra­dan in­san­lar ya­şa­maq üçün ora­da ev­lər tik­mə­yə baş­la­yıb­lar, bu­nun­la da, qey­ri-qa­nu­ni məs­kun­laş­ma baş ve­rib. So­vet­lər da­ğı­lan­dan son­ra fak­ti­ki ola­raq bu adam­lar Azər­bay­can əra­zi­sin­də qa­nu­ni əsa­sı ol­ma­yan məs­kun­laş­mış in­san­lar və­ziy­yə­ti­nə dü­şüb­lər. On­la­rın və­ziy­yə­ti Azər­bay­ca­nın qa­nun­la­rı­na uy­ğun həll edil­mə­li­dir. Ora Azər­bay­can əra­zi­si­dir, Azər­bay­can əra­zi­sin­də ya­şa­maq üçün isə han­sı qa­nun­lar tə­ləb olu­nur­sa, o qa­nun­la­ra da ria­yət olun­ma­lı­dır. Xa­ri­ci və­tən­daş­lar Azər­bay­can­da uzun müd­dət məs­kun­la­şıb­lar­sa, ya Azər­bay­can və­tən­daş­lı­ğı­nı qə­bul et­mə­li, ya da qa­nun­da nə­zər­də tu­tu­lan di­gər for­ma­lar­dan ya­rar­lan­ma­lı­dır­lar. Mü­va­fiq or­qan­la­rı­mız bu mə­sə­lə­ni Azər­bay­ca­nın qa­nun­ve­ri­ci­li­yi çər­çi­və­sin­də həll et­mə­li­dir. - İran və Tür­ki­yə ilə sər­həd­lə­rin de­mar­ka­si­ya­sı iş­lə­ri apa­rı­lır­mı? - De­mar­ka­si­ya təs­bit olun­muş ko­or­di­nat­lar əsa­sın­da ni­şan­la­rın vu­rul­ma­sı, iş­lək və­ziy­yə­tə gə­ti­ril­mə­si­dir. İran və Tür­ki­yə­nin SSRİ ilə döv­lət sər­həd­lə­ri olub. Bey­nəl­xalq va­ris­lik hü­qu­qu­na əsa­sən, bö­yük döv­lət­lər par­ça­la­nan­dan son­ra onun ye­rin­də ya­ra­nan döv­lət­lər av­to­ma­tik ola­raq döv­lət sər­həd­lə­rin va­ri­si ki­mi qə­bul olu­nur. Yə­ni, biz SSRİ-nin İran və Tür­ki­yə ilə olan döv­lət sər­hə­di­nin va­ri­si­yik. Fi­zi­ki su­rət­də bu ni­şan­lar möv­cud­dur və döv­lət sər­hə­di­nin qo­run­ma­sı hər iki tə­rəf­dən hə­ya­ta ke­çi­ri­lir, Araz ça­yı­nın məc­ra­sı­nın də­yiş­mə­si nə­ti­cə­sin­də sa­hil-bər­kit­mə iş­lə­ri apa­rı­lır. Bun­lar iş­çi qay­da­sın­da sər­həd xid­mət­lə­ri və di­gər xid­mət­lə­rin iş­ti­ra­kı ilə hə­ya­ta ke­çi­ri­lir. Tür­ki­yə ilə 11-12 ki­lo­met­rə qə­dər sər­hə­di­miz var ki, bu­ra­da da de­mar­ka­si­ya iş­lə­ri­nin apa­rıl­ma­sı­na eh­ti­yac yox­dur. İra­na gəl­dik­də, Azər­bay­can-Er­mə­nis­tan, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si bu mə­sə­lə­də də bi­zə prob­lem­lər ya­ra­dır. Azər­bay­ca­nın İran­la sər­hə­di­nin 130 ki­lo­met­rin­dən ço­xu Er­mə­nis­tan Si­lah­lı Qüv­və­lə­ri­nin iş­ğa­lı al­tın­da ol­du­ğun­dan biz öz sər­həd­lə­ri­mi­zə nə­za­rət et­mi­rik. Azər­bay­can öz tor­paq­la­rı­nı iş­ğal­dan azad edən­dən, iş­ğal­çı qüv­və­lər ta­ma­mi­lə ora­dan çı­xa­rı­lan­dan, öz su­ve­ren­li­yi­mi­zi bər­pa edən­dən son­ra bu ni­şan­lar qo­yu­la­caq, sər­hə­din mü­ha­fi­zə­si təş­kil olu­na­caq. - Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si bi­tən­dən son­ra əra­zi­lə­rin bər­pa­sı ilə bağ­lı bey­nəl­xalq ins­ti­tut­la­rın da iş­ti­ra­kı ilə ha­zır­la­nan proq­ram­da Azər­bay­can-Er­mə­nis­tan sər­həd­lə­ri­nin de­li­mi­ta­si­ya­sı mə­sə­lə­si ək­si­ni ta­pıb­mı? - De­li­mi­ta­si­ya bey­nəl­xalq de­yil, iki döv­lət ara­sın­da olan mə­sə­lə­dir. Bu mə­sə­lə heç bir proq­ra­ma da­xil ola bil­məz. Si­zin de­di­yi­niz o proq­ram­da isə əra­zi­lə­rin mi­na­lar­dan tə­miz­lən­mə­si, inf­rast­ruk­tu­run bər­pa­sı, re­kul­ti­va­si­ya iş­lə­ri, tor­paq­la­rın ya­rar­lı və­ziy­yə­tə gə­ti­ril­mə­si, eko­lo­ji mə­sə­lə­lə­rin həl­li, in­san­la­rın təh­lü­kə­siz­li­yi­nin tə­min olun­ma­sı və di­gər mə­sə­lə­lər var. So­vet­lər döv­rin­dən bi­zim Er­mə­nis­tan­la ad­mi­nist­ra­tiv-in­zi­ba­ti sər­həd­lə­ri­miz möv­cud­dur, bu­nu təs­bit edən sə­nəd­lər var. Gə­lə­cək­də iş­lər məhz hə­min sə­nəd­lər əsa­sın­da, di­gər keç­miş so­vet res­pub­li­ka­la­rı ilə ol­du­ğu ki­mi hə­ya­ta ke­çi­ri­lə­cək. Er­mə­nis­tan­la sülh mü­qa­vi­lə­si əl­də olu­nan­dan son­ra sər­həd­lər də hə­min sə­nəd­lər əsa­sın­da ra­zı­laş­dı­rı­la­caq. SHERG

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar