SON XƏBƏRLƏR

Xərçəng xəstəliyini müalicə edən inqilabi dərman istifadə üçün təsdiq edildi

2021.10.20, 07:36
Xərçəng xəstəliyini müalicə edən inqilabi dərman istifadə üçün təsdiq edildi

Gunaz.tv

GünAz TV: Çox saydakı şişləri müalicə edə bilən xərçəng dərmanlarının yeni "inqilabi" sinfi ilk dəfə Avropada istifadə edilmək üçün mütəxəssislər tərəfindən təsdiq olunub.

 

Dərmanları sənaqdan keçirən Birləşmiş Krallığın həkimləri bunun "həqiqətən də möhtəşəm bir şey olduğunu" deyiblər. Onların dediyinə görə, bu dərmanın daha çox pasiyenti müalicə etmək və yan təsirləri aradan qaldırmaq potensialı var.

 

Laboratoriyada təsdiq edilən dərmana "larotrectinib" adı verilib.

 

Dərmandan istifadə nəticəsində artıq bir neçə nəfər sağlamlığına qovuşub. Belfastdan olan 2 yaşlı Şarlotte Stevenson da dərmandan faydalananlardan biridir.

 

 

Ona infantil fibrasarkoma diaqnozu qoyulub, yəni qızcığazın bədənindəki əlaqələndirici hüceyrədə xərçəng olub. Şarlotte buna görə də keçən ildən bəri London Royal Marsden Satton klinikasında "larotrectinib" dərmanı ilə müalicə olunurdu. Qızcığazın anası məsələylə əlaqədar danışıb: "Biz seçimlərimizin məhdud olduğunu bilirdik, ona görə də cəhd etməyə qərar verdik və indi bunun baş tutmasına görə hədsiz sevincliyik. Biz Şarlottenin inkişaf etməsinə və sürətlə böyüməsinə şahid ola bilirik. Onun enerjisini və həyat sevgisinin bərpa olunmasını görmək hədsiz sevindiricidir. İndi onun həyatı müqayisədə daha yaxşıdır, ən əhəmiyyətlisi də budur ki, bu dərmanın şişə inanılmaz təsiri oldu".

 

Birləşmiş Krallıq Xərçəng Tədqiqatlar Mərkəzinin şef kliniki, professor Çarlz Svanton dərmanların "möhtəşəm" olduğunu deyib.

 

Dərmanların kütləvi istifadəsinə nə zaman icazə veriləcəyi barədə hələlik məlumat verilməyib. Ancaq Birləşmiş Krallıqda dərmanların tezliklə pasiyentlərə verilməsi ehtimalının olduğu bildirilib.

 

Mənbə: Bilge.az

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar