SON XƏBƏRLƏR

Xeyriyyəçi soydaşlarımız Xoy şəhərində 20 məktəb tikir

2021.10.20, 07:36
Xeyriyyəçi soydaşlarımız Xoy şəhərində 20 məktəb tikir

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Xoy şəhərində 20 məktəb xeyriyyəçi soydaşlarımız tərəfindən inşa edilməkdədir.

 

Bu barədə Xoy Təhsil Şöbəsinin müdiri Lütfülla  Hüseynəlizadə şəhərin Təlim və Tərbiyə Şurasının keçirdiyi iclasda çıxış edib.

 

“Xoy şəhərində 165 dərs otağına malik olan 20 məktəb tikilir. Xeyriyyəçilərin vəsaiti hesabına tikilən məktəblər təhsil ocaqlarına olan problemi aradan qaldırmaq məqsədi güdür.”- deyə o bildirib.

 

İclasda iştirak edən Xoy Şəhər İcra Hakimiyyətinin başçısı Məhəmməd Abidi isə öz çıxışında xeyriyyəçilik ənənəsini yaşadan soydaşlarımıza xüsusi təşəkkürünü bildirib. Xoy sakini tərəfindən 60 dərs otağına malik böyük məktəbin tikilməsindən məmnunluq duyduğunu bildirən Məhəmməd Abidi qeyd edib ki, şagirdlərin dərs otqaları ilə bağlı bir çox problemi təhsil ocağının istifadəyə verilməsi ilə öz həllini tapacaq.

 

Güney Azərbaycanın bütün bölgələrində dərs otaqları çatışmazlığı və məktəb binalarının təhlükəli vəziyyətdə olması təhsil sahəsində böyük problemə çevrilib. Bu məsələ bəzi bölgələrdə qismən də olsa öz həllini tapıb. Bu, xeyriyyəçilik missiyası əsasında inşa edilən və edilməkdə olan yeni məktəblərin sayəsində mümkün olub. Yerli məsullar dəfələrlə açıqlama verərək sözügedən problemi aradan qaldırmaq üçün dövlət tərəfindən hər hansı büdcə vəsaiti gözləmədiklərini diqqətə çatdırıb, xeyriyyəçi insanları təhsil sahəsinə yardım etməyə çağırıblar.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar