SON XƏBƏRLƏR

Xeyriyyəçi soydaşlarımızın yardımı ilə azərbaycanlı gənc dar ağacından qurtarıb

2021.10.20, 07:36
Xeyriyyəçi soydaşlarımızın yardımı ilə azərbaycanlı gənc dar ağacından qurtarıb

Gunaz.tv

GünAz TV: Qətldə ittiham olunaraq edama məhkum edilmiş azərbaycanlı gənc Məhəmməd Teymuri dar ağacından son anda qurtarıb.

 

Avqustun 13-də dar ağacından asılması gözlənilən gəncin edam hökmü qətlə yetirilən şəxsin ailəsinin razılığı ilə ləğv olunub. Bu, Sulduzun müxtəlif təbəqələrindən olan xeyriyyəçi soydaşlarımızın yardımı nəticəsində mümkün olub. Məlumata görə, qətlə yetirilən şəxsin ailəsinə 600 milyon tümən ödənildikdən sonra barışıq əldə olunub.

 

Sözügedən məbləği toplamaq üçün Sulduz mətbuatı və sosial şəbəkələr xüsusi rol oynayıb.  

 

Güney Azərbaycan türk millətinin səsi olan GünAz TV-də bu işə öz töhvəsini verməyə çalışdı. Gənci dar ağacından qurtarmaq məqsədi ilə bu xəbər GünAz TV-də video şəkilində yayımlandı, yardım üçün nəzərdə tutulan hesab bankının nömrəsi televizya və onun Teleqram, İnstaqram və Facebook səhifələrində izləyicilərin diqqətinə çatdırıldı.

 

“Sulduz xəbər”in yaydığı məlumata görə, 12 il əvvəl kütləvi bir davada sulduzlu bir gənc heç bir qəsd olmadan öldürülmüşdür. Məhəmməd Teymuri qətl ilə nəticələnən hadisəyə həbs edilmişdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar