SON XƏBƏRLƏR

Xəzər İbrahim :«Əgər İran Qarabağ münaqişəsinin həllində vasitəçilik etmək istəyirsə, Ermənistana düzgün mesajlar versin»

2021.10.20, 07:36
Xəzər İbrahim :«Əgər İran Qarabağ münaqişəsinin həllində vasitəçilik etmək istəyirsə, Ermənistana düzgün mesajlar versin»

Gunaz.tv
«Vasitəçilik üçün əsas şərt niyyət yox, əməldir» Ələkbər Raufoğlu 72223505-357e-4293-ab6d-f8571fdd9a39_w220_s.jpg «Əgər İran Qarabağ münaqişəsinin həllində vasitəçilik etmək istəyirsə, Ermənistana düzgün mesajlar versin». Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim iyunun 23-də ənənəvi mətbuat konfransında bildirib. Ötən həftə Tehranda keçirilən beynəlxalq konfransda İran Qarabağla bağlı təkliflə çıxış edib. Ölkənin Ermənistandakı səfiri Səid Əli Sağayan deyib ki, İran bu məsələdə bitərəfdir və Azərbaycanla Ermənistan arasında vasitəçilik etmək istəyir. Xəzər İbrahim isə deyib ki, vasitəçilik üçün əsas şərt niyyət yox, əməldir: «Münaqişənin həllində əsas forma deyil, məğzdir. Təbii ki, hər dövlətin hansısa təşəbbüslə çıxış etmək hüququ var. Lakin digər tərəfdən bütün dövlətlər, beynəlxalq ictimaiyyətin üzvləri münaqişənin həllinə töhfələrini vermək üçün səylər göstərməlidir. İran öz resurslarından istifadə edib, Ermənistana düzgün mesajlar versə, bu münaqişənin həlli üçün ən müsbət töhfə olardı». XİN rəsmisi Rusiyadan da danışıb. Deyib ki, Ermənistanla möhkəm hərbi əməkdaşlıq quran Moskva digər öhdəliklərini də nəzərə almalıdır: «Rusiyanın Minsk Qrupunda həmsədrliyi daha vacib öhdəlikdir. Onlar Ermənistanı konstruktiv dialoqa yönəltməlidirlər». Ermənistan prezidenti Serj Sərkisyan iyunun 23-dən Rusiyada səfərdədir. Vaxtı ilə İran da Qarabağ münaqişəsində vasitəçilik edib. Lakin Tehranın səyləri heç bir nəticə verməyib. azadliq radiosu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar