SON XƏBƏRLƏR

Xəzər qazı uğrunda rəqabət güclənir

2021.10.20, 07:36
Xəzər qazı uğrunda rəqabət güclənir

Gunaz.tv
Xəzər qazı uğrunda rəqabət güclənir qaz.jpg "Əgər Azərbaycan bütün təbii qazını Rusiyaya ixrac edəcəksə, gərək BTC-ni və "Nabucco"nu arxivə göndərək" Macarıstanın baş naziri Ferenç Dyurçan "Nabucco"nu "Cənub axının"dan da vacib layihə sayaraq kəmərin reallaşmasında Avropa Birliyi ölkələrinin maraqlı olduğunu söyləyib. Ferenç Dyurçin layihənin icrasının surətləndirməyi vacib saymaqla yanaşı "Nabucco"nun Avropanın təbii qaza olan ehtiyacının əksər hissəsini ödəmək imkanında olduğunu bildirib. Mütəxəssislərin fikrincə, macar nazirinin bu bəyanatı Rusiya prezidenti Dmitri Medvedyevin Bakıya səfərindən sonraya təsadüf etməsi Xəzər qazı uğrunda rəqabətin daha da güclənməsindən xəbər verir. Tural Rasimoğlu Qeyd edək ki, Dmitri Medvedyev kimi Ferenç Dyurçin də Bakıdan sonra "Nabucco" layihəsində əsas pay sahibi olacaq Aşqabada yolanacaq. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiyanın Azərbaycan və Türkmənistan qazını "Nabucco" layihəsindən qoparmağa çalışıdığını söylədi, amma Bakı və Aşqabadın Medvedyevi təmtəraqla qarşılamasına baxmayaraq konkret vədlərin vermədiklərini vurğuladı: "Aydın göründü ki, Azərbaycan Rusiya ilə enerji danışıqlarının uzadılmasında maraqlıdır. Əgər bütün təbii qazımızı Rusiya ilə idxal edəcəyiksə, gərək BTC-ni və "Nabucco"nu arxivə göndərək. Bu da ki, nə nəzəri, nə də praktik cəhətdən mümkündür. Türkəmənistan da Azərbaycanla eyni mövqedən çıxış edir. Qurbanqulu Berdiməhəmmədov Dmitri Medvedyevlə görüşündən sonra bildirdi ki, Rusiya ilə imzalanan müqavilələrə sadiqdirlər. Bu açıqlama isə rəsmi Moskva üçün yetərli deyil. Çünki Rusiya Türkmənistanın bütün qazına iddialıdır. Keçmişdə imzalanan müqavilələrdə isə bu əks olunmur". Ekspert Azərbaycan kimi Türkmənistanın da alternativ layihələri nəzərdən keçirdiyini və Avropa Birliyi rəsmilərinə konkret vədlər verdiyini vurğuladı: "Amma şimal qonşumuz inadkarlığından əl çəkməyəcək. Belə bir ərəfədə Macarıstan baş nazirinin Bakıya səfəri əslində əlamətdar hadisədir. Çünki Rusiya da Macarıstanı "Nabucco"dan qoparmağa çalışır. Rəsmi Moskvanın "Cənub axını" layihəsiylə Orta Asiyanın mavi yanacağını Macarıstan üzərindən Şərqi Avropaya daşımaq istəyir. Amma macar nazirin Bakıda verdiyi açıqlamaları Moskvanın planlarını bir növ alt-üst edir". Elxan Şahinoğlu Azərbaycanın baş nazirinin açıqlamasında bir məqamın xüsusi yer tutduğunu vurğuladı. Bu da Avropanın 150-200 milyard kubmetr qaza ehtiyacının 30 milyard kubmetrinin "Nabucco"nun vasitəsilə ödənməsinin mümkünlüyüdür: "İndi əsas məsələ Rusiyanın inadkarlığı qarşısında Azərbaycan və Türkmənistanın tab gətirməsidir. Macar nazirin Azərbaycansız "Nabucco" layihəsinin gerçəkləşməsinin qeyri- mümkün olması barədə bəyanatı diqqəti çəkir. Bu o deməkdir ki, ölkəmiz Rusiya layihələrində yer alsa, "Nabucco" layihəsi faktiki olaraq baş tutmayacaq. Amma "Nabucco"nun gerçəkləşməsi yalnız Bakı və Aşqabadın da vəzifəsi deyil. Bu layihə Avropa Birliyinin layihəsi olduğu üçün bunu həyata keçirmək vəzifəsi də birlik ölkələrinin üzərinə düşür. Hesab edirəm ki, Dmitri Medvedyevin Azərbaycan və Türmənistana səfərlərindən sonra Avropa Birliyi rəsmilərinin də yaxın vaxtlarda regiona səfərləri aktivləşəcək". Politoloq ilin sonuna kimi "Nabucco" layihəsilə bağlı danışıqların intensivləşməsini də vacib saydı: "Əks halda Avropa bir gün ayılacaq ki, artıq "Cənub axını" reallaşıb və Rusiyadan enerji asıllıqları daha da artıb. Buna öörə də AB ölkələri bir qədər tələsməlidirlər. Bu qədər enerji resurslarına malik olan Rusiyanın "Nabucco"ya qarşı inadkarlığı da anlaşılan deyil. Görünür ki, Moskva imperiyapərəst siyasətində yaxa qurtara bilmir. Şimal qonşumuzun belə addımla özünün Avropa Birliyi, Azərbaycan, Türkmənistan və Qazaxıstanla münasibətlərinə ziyan vurur". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar