Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başladı

2021-06-22 09:00

Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri dəstəsi, döyüş təminatı və təminedici gəmilər dəstəsi və dəniz piyadalarının iştirakı ilə taktiki təlimlər başlayıb.

Gunaz.tv Quote | Gunaz article

Təlimlərin keçirilməsində məqsəd Azərbaycanın hərbi-siyasi və iqtisadi maraqlarına yönəlmiş təhdidlərin qarşısının alınması, Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi üzrə Hərbi Dəniz Qüvvələrinin birləşmələri tərəfindən birgə döyüş əməliyyatlarının aparılması, neft-qaz kəmərlərinin monitorinqlərinin keçirilməsi və müxtəlif şəraitlərdə gəmi taktiki qruplarının təyinatı üzrə tapşırıqların yerinə yetirilməsi zamanı xüsusi təyinatlı qruplar üzrə birgə fəaliyyətlərinin işlənilməsidir.

Təlimlər zamanı döyüş fəaliyyətlərinin təşkili və qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsi, eyni zamanda gəmilərin tək-tək və taktiki qrup tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlıqlarının yoxlanılması nəzərdə tutulur.

Təlimlər zamanı həmçinin, Xəzər dənizinin Azərbaycana məxsus sektoruna daxil olmuş şərti düşmənin məhv edilməsi, əlverişli əməliyyat rejiminin bərpa edilməsi və universal müdafiənin təşkili üzrə tapşırıqlar da icra ediləcək.

Təlimlər iki mərhələdən ibarət olacaq. Birinci mərhələ zamanı plana əsasən, təlimlərə cəlb edilmiş qüvvə və vasitələr aşağıdakı tapşırıqları icra edəcəklər:

– Siqnalla gəmi və katerlərin döyüşə və səfər hazırlanması.

– Gəmi Komanda Məmtəqəsinin gözətçi gəmisində açılması və tapşırığın dəqiqləşdirilməsi.

– Birləşmələrin, hissələrin, bölmələrin açılması və birgə üzmə fəaliyyətlərinin yerinə yetirilməsi.

– Gəmi və katerlər tərəfindən düşmənin suüstü hücum vasitələrinin və üzən minanın məhv edilməsi.

– Gəmi və katerlərin təyin olunmuş lövbərə durması və universal müdafiənin təşkili.

– Qumbaraatma çalışmasının yerinə yetirilməsi.

– Hava hücumuna qarşı istilik və radiolokasiya maneələrinin qoyulması

– Gəmi qrupu tərəfindən düşmənin sualtı qayıqlarına qarşı dərinlik bombalarının tətbiqi

– Gəmi və katerlərin təyin olunmuş rayonda lövbərə durması və universal müdafiənin təşkili.

Təlimlərin ikinci mərhələsində Xəzər dənizinin Axərbaycana məxsus sektorunda terror-diversiya fəaliyyətlərinin qarşısının alınması üzrə döyüş tapşırıqlarının yerinə yetirilməsi, qəzaya uğramış gəmiyə yardımın göstərilməsi, enerji infrastrukturunun mühafizəsi və müdafiə üzrə tapşırıqların yerinə yetirilməsi nəzərdə tutulub. Təlimin ssenarisinə uyğun olaraq bu tapşırıqların yerinə yetirilməsinə cəlb ediləcək qüvvələr və texnika aşağıda göstərilən tapşırıqları yerinə yetiriləcək.

– Adada aşkar olunan terrorçuların müvvəqqəti bazalarının zərərsizləşdirilməsi.

– Böyük Zirə adasında təchiz olunmamış sahilə desantın çıxarılması.

– Gəmi əməliyyatının keçirilməsi, qəzaya uğramış gəmiyə köməyin göstərilməsi.

– Tapşırıqlar icra edildikdən sonra gəmi və katerlərin baza məntəqələrinə qayıtması.

Bütün tapşırıqlar yerinə yetirildikdən sonra Hərbi Dəniz Qüvvələri Komandanı tərəfindən təlimlərə yekun vurulacaq, görülən fəaliyyətlər təhlil ediləcək, təlimlərdə iştirak edən qüvvə və vasitələrin qarşıya qoyulan tapşırıqların icra səviyyəsi qiymətləndiriləcək.

“Bu gündən başlanılan Hərbi Dəniz Qüvvələrinin Döyüş Gəmiləri Dəstəsi, Döyüş Təminatı və Təminedici Gəmilər Dəstəsi və Dəniz Piyadalarının iştirakı ilə taktiki təlimlərində 1000 nəfərə yaxın şəxsi heyət, 43 gəmi və katel, 2 helikopter iştirak edəcək”.

Bunu Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təlimlər üç mərhələdən ibarət olacaq: “Əsas birinci mərhələdə komanda məntəqənin gəmidə yaradılması, gəmilərin əsas baza məntəqsindən çıxışı, patrullama əməliyyatları həyata keçirmə, ikinci mərhələdə əsas döyüş tapşırıqlarının yerinə yetirilməsi, suüstü hədəflərin, minaların vurulması və digər tapşırıqlar həyata keçiriləcək. Üçüncü mərhələdə isə əsas qəzaya uğramış gəminin xilas edilməsi, terrorçular tərəfindən zəbt edilmiş gəminin xilas edilməsi və s. tapşırıqlar olacaq”.

Təlimlər iyunun 23-də başa çatacaq. (azpost.info)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib"

2021-07-31

gun az article

Azərbaycanda son sutkada 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb

2021-07-31

gun az article

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

2021-07-31

gun az article

Türkiyədə meşə yanğınlarından həlak olanların sayı 6-ya çatıb

2021-07-31

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

2021-07-31

gun az article

Milli Məclis sədri növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb

2021-07-31

gun az article

Qubada "Şəhidlər" xatirə-kompleksinin açılışı olub

2021-07-31

gun az article

Putinlə Ərdoğan arasında telefon danışığı olub

2021-07-31

gun az article

MN: "Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır"

2021-07-31

gun az article

Tehranda benzin etirazlarında öldürülən aksiyaçıların doğmaları aksiya keçirib: Şəhid anaları həbs edilib

2021-07-31

gun az article

Cahit Bağçı Türkiyədəki meşə yanğınları ilə bağlı son vəziyyəti açıqladı

2021-07-31

gun az article

Azad edilən ərazilərdə 13 911 daşınmaz əmlakın inventarlaşdırılması tamamlanıb

2021-07-31

gun az article

Hərbi ekspert: "Ukraynalılar Azərbaycanın yolu ilə gedərək qələbə qazanmaq istəyirlər"

2021-07-31

gun az article

Leyla Abdullayeva: “Ermənistan Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyini qəbul etmək istəmir”

2021-07-31

gun az article

“Tokio-2020”: Türkiyə ilk qızıl medalını qazandı

2021-07-31

gun az article

Mövlud Çavuşoğlu Azərbaycan Prezidentinə təşəkkür edib

2021-07-31

gun az article

Azərbaycan XİN Ermənistan XİN-ə cavab verib

2021-07-31

gun az article

Meşə yanğınları Alanyaya çatdı - VİDEO

2021-07-31

gun az article

Yair Lapid: “Neft tankerimizə hücum İranın işidir və ona kəskin cavab verilməlidir”

2021-07-31

gun az article

Səfir Bilal Hayee: "Pakistan xalqı hər zaman Azərbaycan xalqının yanındadır"

2021-07-31