SON XƏBƏRLƏR

Xəzərdə rəqabət güclənməkdədir

2021.10.20, 07:36
Xəzərdə rəqabət güclənməkdədir

Gunaz.tv
Xəzərdə rəqabət güclənməkdədir 20071015150903caspian_map203.jpg Times of Central Asia : Xəzərdə rəqabət güclənməkdədir. Bu mübarizənin son mükafat isə Türkmənistan olmalıdır. Butovaz - Rusiyanın bu ölkədəki əvvəllər sarsılmaz təsiri, prezident Qurbanqulu Berdıməhəmmədov Amerika ilə Avropa ittifaqının son təşəbbüslərinə xeyir-dua verdikdən sonra, deyəsən xeyli azalacaq. Sankt-Peterburqdakı sammitdə Berdıməhəmmədov Türkmənistan-Rusiya münasibətləri barədə çox nikbin idi. Rusiya prezidenti Dmitri Medvedev dedi ki, o, iyulun əvvəlində Türkmənistana səfər edəcək. Türkmənistan başçısı isə bildirdi ki, onun ölkəsi görkəmli qonağı böyük məmnuniyyətlə gözləyir. Lakin cəmi bir neçə gündən sonra Amerikanın aqressiv şəkildə apardığı lobbiçilik az qala nəticəsini verməkdədir. Xüsusilə də Türkmənistanın uzun müddətdir ki, planlaşdırılan transxəzər boru kəmərilayihəsinə cəlb edilməsi məsələsində. Times of Central Asia qəzetinin yazdığına görə, bu arada Rusiya Transxəzər və Nabukkoya qarşı amerikalıların apardığından az aqressiv olmayan lobbiçilik siyasətini yürüdür. Çünki bu layihələr həyata keçirilsə, Mərkəzi Asiya ilə Qərbi Avropa bazarlarını birləşdirən enerji ixcracı yollarına Rusiyanın inhisarçılığına son qoyulacaq. Rusiya özünün Cənib Axını adlanan layihəsini ən rahat tranzit sistemi kimi qələmə verir. Buna baxmayaraq Rusiyanın qaz nəhəngi Qazprom da artıq bu yerlərdə əvvəlki nüfuzunu itirməkdədir. Qəzet yazır ki, Daşkənddə prezident Kərimov Qazpromun yüksək səviyyəli nümayəndə heyətini qəbul etmək istəmədi. Adının çəkilməsini istəməyən Daşkənd təhlilçisinə istinadən qəzetin yazdığına görə, çox güman ki, Kərimov Amerika dövlət katibinin Mərkəzi Asiya və Qafqaz üzrə müavini Riçard Bauçerlə və digər Qərb rəsmilərilə danışıb, onların təkliflərinin dinləməyənədək Qazprom rəsmiləri ilə görüşmək istəməyib. İyunun 3-də Qazpromun nümayəndə heyəti bəxtini Aşqabadda sınadı, lakin tezliklə məlum oldu ki, bu, daha bir uğursuzluqdur. Uzun illər ərzində ilk dəfə olaraq, şirkətin rəhbərlərinə prezident Berdıməhəmmədovla görüşmək imkanı verilmədi. Qəzet bir təhlilçinin sözlərinə istinadən yazır: "Birləşmiş Ştatlarla Avropa İttifaqı yeni enerji müqavilələri bağlamaqdan Mərkəzi Asiya dövlətlərinin Əfqanistanla əlaqələrini təmin etməyədək özünün həm iqtisadiyyat, həm də hərbi sahələrdəki maraqlarını təmin etməkdədirlər. Rusiyaya qarşı edilən bütün bu etinadsızlıq aktları Putinin hakimiyyət başından getməsilə şübhəli dərəcədə üst-üstə düşür. " Qəzet yazır ki, Medvedevin Berdıməhəmmədov və Kərimovla apardığı danışıqlar ola bilsin ki, Rusiyaya vaxt udmağa imkan versin, lakin bir çox ekspertlər inanırlar ki, Qazaxıstan, Türkmənistan və Özbəkistan enerjinin ixracı üçün yeni tapdıqları imkanları əldən verməyəcək. //BBC//

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar