SON XƏBƏRLƏR

Xəzərin hüquqi statusu üzrə işçi qrupa İran tərəfdən Əlirza Şeyx Əttar rəhbər təyin olunub

2021.10.20, 07:36
Xəzərin hüquqi statusu üzrə işçi qrupa İran tərəfdən Əlirza Şeyx Əttar rəhbər təyin olunub

Gunaz.tv
Xəzərin hüquqi statusu üzrə işçi qrupa İran tərəfdən Əlirza Şeyx Əttar rəhbər təyin olunub sheyxettar060608.jpg Bakı. Laçın Sultanova - APA. Xəzərin hüquqi statusu üzrə işçi qrupa İran tərəfdən bu ölkənin xarici işlər nazirinin 1-ci müavini Əlirza Şeyx Əttar rəhbər təyin olunub. Bu barədə APA-ya eksklüziv açıqlamasında xarici işlər nazirinin müavini, işçi qrupun Azərbaycan tərəfdən rəhbəri Xələf Xələfov bildirib. Nazir müavini deyib ki, Şeyx Əttarın ötən həftə Bakıya səfəri zamanı Xəzərin statusu ilə bağlı məsləhətləşmələr aparılıb. Qeyd edək ki, bundan əvvəl işçi qrupa İran tərəfindən xarici işlər nazirinin müavini Mehdi Səfəri rəhbərlik edib. İran XİN-də MDB, Asiya və Uzaq Asiya ölkələri ilə əlaqələrə məsul olan M. Səfəri hazırda Avropa və Amerika ölkələri ilə əlaqələrə cavabdehdir. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar