Xəzərin statusu Bakıda müzakirə olunur_ Türkmənistan-Azərbaycan münasibətlərinin əhəmiyyəti artır

2008-07-21 21:26

Xəzərin statusu Bakıda müzakirə olunur Türkmənistan-Azərbaycan münasibətlərinin əhəmiyyəti artır Xəzərin statusu ilə bağlı Bakıda keçirilən müzakirələrə ümidlə baxırlar. Ekspertlər son vaxtlar Azərbaycanla Türkmənistan arasında müşahidə edilən yaxınlaşman

Gunaz.tv Quote | Gunaz article

Xəzərin statusu Bakıda müzakirə olunur Türkmənistan-Azərbaycan münasibətlərinin əhəmiyyəti artır Xəzərin statusu ilə bağlı Bakıda keçirilən müzakirələrə ümidlə baxırlar. Ekspertlər son vaxtlar Azərbaycanla Türkmənistan arasında müşahidə edilən yaxınlaşmanın öz nəticəsini verəcəyini təxmin edirlər. Məsələ ondan ibarətdir ki, Türkmənistan dünyanın enerji təhlükəsizliyi sisteminə daha aktiv qoşulmaq zorundadır. Rusiya ondan qazı 100 ABŞ dollarına alır, ancaq Avropaya 300 ABŞ dollarına satır. Bu da Türkmənistanın külli miqdarda gəlir itirməsi deməkdir. Qərbin təklif etdiyi variantda Türkmənistan qazını Azərbaycan vasitəsi ilə baha qiymətə dünyaya çıxara biləcək. Bunun üçün isə Xəzərin statusu məsələsində razılığa gəlmək lazımdır. Türkmənistan bu günə qədər Azərbaycanın təklif etdiyi variantla tam razılaşmırdı. O, Rusiya və İranın mövqeyinə yaxın idi. Daha doğrusu, onların siyasi sifarişlərinə uyğun hərəkət edirdi. İndi isə bu mövqedən uzaqlaşmağın real zəmini vardır. Belə ki, Türkmənistan Transxəzər layihəsinə qoşulmaqla özünün qazını dünya qiymətləri üzrə sata bilər. Eyni zamanda, geosiyasi müstəvidə cərəyan edən hadisələr Türkmənistanın müstəqil enerji siyasəti yeritməsini tələb edir. Rusiya artıq böyük ölçüdə öz maraqlarına uyğun enerji siyasəti yeridir. O, getdikcə daha çox dərəcədə Avropanın qaz təminatını həyata keçirmək xəttini götürüb. Rusiya bu istiqamətdə Afrikaya belə nüfuz edir. Buna qarşılıq Qərb öz enerji siyasətini qoyur. Orada Xəzər hövzəsinin ayrıca rolu nəzərdə tutulub. Bu da bölgə dövətlərinin enerji məsələsində konkret mövqe nümayiş etdirməsinin tələb olunduğu deməkdir. Deməli, Türkmənistan üçün Xəzərin statusu təkcə özünün maraqları ilə məhdudlaşan məsələ deyil. Dünyanın aktiv surətdə enerji siyasəti yeritdiyi bir vaxtda həm də geosiyasi mövqe seçmək deməkdir. Buna görə də Bakı görüşünün irəliyə doğru bir addım olacağını düşünənlər az deyil. Bu məsələdə türk dövlətlərinin əməkdaşlığı məsələsini də unutmaq olmaz. Türk dövlətləri başçıları bu istiqamətdə ciddi düşünməkdədirlər. Onların növbəti toplantısı da Bakıda olmalıdır. Türkiyə və Azərbaycanın dünya enerji siyasətində getdikcə daha fəal iştirakı və Qazaxıstanın onlara dəstəyini artırmaqda davam etməsi fərqli mənzərə yaratmaqdadır. Bakı-Supsa neft kəmərinin istifadəyə hazır olması və Qazaxıstanın o istiqamətdə neftini daşımaq niyyətini açıqlaması təsadüfi deyildir. Qazaxıstan həm də Transxəzər layihəsinə isti yanaşır. Türkiyənin Orta Şərqdə siyasi və iqtisadi olaraq statusunu daha da möhkəmlətməsi öz təsirini göstərir. Bundan başqa, Türkiyə ilə Türkmənistan arasında münasibətlərin yeni səviyyəyə qalxdığı prezident Qurbanqulu Berdımuhammadovun Ankara səfəri zamanı əyani nümayiş olundu. İranın bu işdə neytrallaşması üçün təməl vardır. Türkiyə İranla aktiv surətdə iqtisadi və enerji sahəsində əməkdaşlığını aparır. Türkmənistanla əməkdaşlağın bir hissəsi də İran üzərindən həyata keçirilir. Bütün bunlar təbii ki, Türkmənistanın Xəzərin statusu ilə bağlı mövqeyinə yenidən baxmasına əsas verir. Rəsmi Aşqabad Azərbaycan vasitəsi ilə dünya dövlətləri ilə əməkdaşlığın perspektivini açıq görür. Onun Şərqi Avropa və Baltikyanı istiqamətlərində enerji əməkdaşlığı yolunda da Azərbaycan dayanır. Xəzərin statusu ilə bağlı danışıqlarda bu faktorların rol oynadığına şübhə yoxdur. Bununla yanaşı, Türkmənistanın asanlıqla mövqeyində dəyişiklik edəcəyini gözləmək də olmaz. Çünki Rusiyanın təsiri hələ də güclüdür və ayrıca olaraq rəsmi Aşqabad daha çox pay qopartmağa səy göstərə bilər. Ola bilsin ki, geosiyasi xarakterli başqa səbəblər də vardır. Ona görə də Xəzərin statusu ilə bağlı məsələnin tam həll olunması zamanının yaxınlarda olduğunu təxmin etmək çətindir. Bu istiqamətdə müsbət addımların atılması və geriyə gedilməməsi əsas şərtdir. Hər bir halda Bakı müzakirələrinin səmərəsini dərk etmək gərəkdir. Tərəflərin mövqelərinin bir qədər yaxınlaşacağı təqdirdə sonrakı görüşlərdə konkret nəticələr almaq mümkün olacaq. Paradoksal olsa da, indi əngəl törədən tərəf daha çox Rusiya olacaq. Xəzərin dibinin bölünməsi ilə bağlı onun verdiyi təklifin aqibətinin necə olacağını da demək çətindir. Görünür, Qərbin də bununla bağlı konkret düşüncələri vardır. Orxan Güneyli olaylar
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Milli fəal Əli Vasiqi Ərdəbil həbsxanasına geri dğnüb

2021-05-18

gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17

gun az article

Güneyli ailə övladlarına 11 aydan sonra "Anar" adı ilə kimlik sənədi ala bilib 

2021-05-17

gun az article

Milli fəal Davud Şiri məhkəməyə çağrılıb

2021-05-17

gun az article

Güney Azərbaycanda mədən işçiləri tətilə başladı

2021-05-17

gun az article

Həbs müddəti bitən Həmid Mənafi sürgünə göndərilir

2021-05-17

gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15