XİN Çernobıl fəlakətinin 35-ci ildönümü ilə əlaqədar açıqlama yayıb

2021-04-26 10:02

Azərbaycan Xarici İşlər Nazirliyi Çernobıl fəlakətinin Beynəlxalq Anım Günü və 35-ci ildönümü ilə əlaqədar açıqlama yayıb.

Gunaz.tv Quote | Gunaz article

Açıqlamada deyilir:

"Çernobıl Fəlakətinin Beynəlxalq Anım Gününün 35-ci ildönümü münasibətilə bu faciədən zərər çəkən ölkələrlə və bütün insanlarla həmrəyliyimizi ifadə edirik.

1986-cı ildə Ukraynanın şimal hissəsindəki Pripyat yaxınlığında Çernobılda baş verən nüvə qəzası nəhəng humanitar faciə idi. Partlayış Ukrayna, Belarus və Rusiyada müxtəlif dərəcəli çirklənməyə səbəb olan çox sayda radioaktiv materialların atmosferə buraxılmasına səbəb oldu. Bu, yüz minlərlə insanı yüksək səviyyədə radiasiyaya məruz qoyan və təxminən 350 min nəfəri radioaktiv çirklənməyə məruz qalmış ərazilərdən evlərini tərk etməyə məcbur edən ən ciddi nüvə qəzalarından biri idi. 31 nəfər dərhal həyatını itirdi və 4000-27000 arası sayda insan radiasiyaya məruz qalma nəticəsində həlak oldu. Partlayış yerindən yüzlərlə kilometr məsafədə yaşayan bir çox insan fəlakətdən sonra radiasiyadan xəstələndi.

 

Azərbaycan, bəzi ölkələrlə birlikdə əraziyə 7000-dən çox xilasedici və digər şəxsi heyəti göndərərək qəzanın nəticələrinin azaldılmasında fəal iştirak etmişdir. Azərbaycan qəzadan zərər çəkmiş təqribən 7000 nəfəri müvəqqəti qəbul edib və onları lazımi reabilitasiya və müalicə ilə təmin edib. Azərbaycan çox böyük insan itkiləri ilə üzləşib, hazırda Azərbaycanda təxminən 5000 nəfər Çernobıl qəzasının nəticələrindən əziyyət çəkir. O vaxtdan bu günədək Çernobıl qəzasından təsirlənən təxminən 2000 vətəndaş vəfat edib.

 

Çernobıl qəzası nüvə sənayesinə böyük təsir göstərdi və təhlükəsizlik sahəsində əməkdaşlığın artmasına və yeni hüquqi sənədlərin qəbul edilməsinə səbəb oldu. Ən əsası qlobal diqqəti təhlükəsizliyə və bu dəyişikliklərə nail olmaq üçün insan və təşkilati amillərin əhəmiyyətinə yönəltdi. Bu fəlakətin geniş miqyaslı təsiri sübut etdi ki, atom elektrik stansiyalarının təhlükəsizliyi yalnız yerləşdikləri dövlətləri deyil, potensial risklərdən zərər çəkə bilən ətraf ölkələri də narahat etməlidir.

 

Bu çərçivədə, Ermənistandakı Metsamor AES ilə əlaqəli risklər beynəlxalq ictimaiyyət tərəfindən hərtərəfli şəkildə nəzərdən keçirilməlidir. Bu AES 1976-1980-ci illərdə Çernobılda istifadə edilən oxşar texnologiya ilə inşa edilmişdir və aktiv seysmik zonada yerləşir. Köhnəlmiş texnologiya və mövqeyi Metsamoru dünyanın ən təhlükəli nüvə stansiyaları sırasına salır. Müxtəlif beynəlxalq təşkilatların bu obyekti “bütün bölgə üçün təhlükə” adlandıraraq xəbərdarlıq etmələrinə baxmayaraq, Ermənistan Metsamor AES-in istismar müddətinin bitməsinə baxmayaraq, hələ də ondan istifadə etməyə davam edir.

 

2020-ci ildə Avropa İttifaqı növbəti dəfə Ermənistanı AES-i bağlamağa çağırdı və qeyd etdi ki, “nüvə zavodu beynəlxalq səviyyədə qəbul edilmiş nüvə təhlükəsizliyi standartlarına tam cavab verəcək şəkildə təkmilləşdirilə bilməyəcək və bu səbəbdən də onun qısa zamanda bağlanması və təhlükəsiz şəkildə istismardan çıxarılması tələb olunur”.

Metsamorun istismarı zamanı köhnəlmiş texnologiyadan istifadə etmək və təhlükəsizlik qaydalarına riayət etməmək daha geniş bölgə üçün ciddi ekoloji problemlər yaradır.

 

Bundan əlavə, yüksək dərəcədə zənginləşdirilmiş uran kimi nüvə materiallarının qaçaqmalçılıq hadisələrinin təkrarlanması, zavodun və onun nüvə materiallarının düzgün fiziki qorunması ilə bağlı əlavə narahatlıqlar yaradır.

 

Bu anım günündə, bütün müvafiq beynəlxalq təşkilatları, nüvə təhlükəsizliyi və ətraf mühit məsələləri ilə məşğul olan vətəndaş cəmiyyəti institutlarını, eləcə də bölgə ölkələrini potensial fəlakətin qarşısının alınması barədə ictimaiyyətin məlumatlılığını artırmağa və Metsamor AES-in bağlanması üçün səylərini səfərbər etməyə çağırırıq". (report)

 

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qlobal istiləşmə bəşəriyyəti qarşısıalınmaz fəlakətə yaxınlaşdırır- BMT-dən hesabat

2021-09-17

gun az article

Ərdoğan: “Türkiyə qədər faciələr qarşısında prinsipial davranan ikinci bir ölkə yoxdur”

2021-09-17

gun az article

Dövlət Xidməti: "Azad olunan ərazilərdəki tarix-mədəniyyət abidələrinin reyestri yaradılacaq"

2021-09-17

gun az article

Azərbaycanda son sutkada 1770 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb

2021-09-17

gun az article

Azərbaycanın rayonlarına dolu düşüb, şimşək çaxıb

2021-09-17

gun az article

Deputatlar azad edilmiş ərazilərdəki ekoloji vəziyyəti təhlil edəcəklər

2021-09-17

gun az article

Kölndə Azərbaycan dilinin tədrisinə başlanılıb

2021-09-17

gun az article

Səid Xətibzadə: “Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları İran məxsusdur”

2021-09-17

gun az article

Şuşada qəzaya düşən hərbçi vəfat edib

2021-09-17

gun az article

“Arşın mal alan” Çində çin dilində tamaşaya qoyulub – VİDEO

2021-09-17

gun az article

İran rəsmən Şanxay Əməkdaşlıq Təşkilatına üzv seçilib

2021-09-17

gun az article

Ceyhun Bayramov: "Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir"

2021-09-17

gun az article

Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyi təqdim edilib

2021-09-17

gun az article

İran rəsmisi: “Ərak ağır su reaktoru ən qısa zamanda istifadəyə hazır olmalıdır”

2021-09-17

gun az article

"Son hadisələr İranla Ermənistanın birgə oyunudur, aramıza nifaq salmaq istəyirlər”- Araz Obalı

2021-09-17

gun az article

İranın Rəcayişəhr zindanında daha 5 məhkum edam edilib.

2021-09-17

gun az article

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdama gedir

2021-09-17

gun az article

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü Ağrıdağa yürüşlə qeyd edilib

2021-09-17

gun az article

İran rəsmisi: “İbrahim Rəisi BMT-nin Baş Assambleyasında çıxış edəcək”

2021-09-17

gun az article

İranın “Hizbullah”a göndərdiyi yanacaq karvanı Livana daxil olub

2021-09-17