XİN erməni əsilli livanlıların işğal olunmuş ərazilərə köçürülməsi ilə bağlı məlumatlara münasibət bildirib

2020-08-09 00:53

Xarici İşlər Nazirliyi (XİN) bəzi KİV-də Livanda baş vermiş partlayışdan sonra bu ölkədəki erməni əsilli livanlıların ölkəmizin işğal olunmuş ərazilərinə köçürülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Gunaz.tv Quote | Gunaz article

XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, təcavüzkar Ermənistanın hərbi işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf ərazilərimizdəki qeyri-qanuni fəaliyyəti, o cümlədən qanunsuz məskunlaşdırma siyasəti Nazirlik tərəfindən beynəlxalq təşkilatlar çərçivəsində qaldırılır. 


“İlk dəfə deyil ki, Ermənistan bölgədəki vəziyyətdən öz mənfur məqsədləri üçün istifadə edərək bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır.


Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alınıb. 


Əlbəttə, Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud pozulmasıdır. 


İşğalçı Ermənistanın məqsədi bu torpaqlarda ermənilərin sayını süni şəkildə artıraraq, ərazilərin etnik-mədəni xüsusiyyətlərinin dəyişdirilməsi və beləliklə də ilhaqçı siyasətin həyata keçirilməsidir. 


Azərbaycanın beynəlxalq tanınmış ərazilərində Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti ilə bağlı, o cümlədən Ermənistanın Livandakı faciədən öz qanunsuz məqsədləri üçün istifadə etmək niyyətləri ilə bağlı ciddi narazılığımız ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında qaldırılıb.


Ermənistan dərk etməlidir ki, bu qanunsuz fəaliyyət və süni məskunlaşdırma cəhdləri onun gözlədiyi nəticələri verməyəcək. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərin Azərbaycanlı əhalisi öz evlərinə və mülklərinə geri qayıdacaq və işğalçı Ermənistan bütün qanunsuz əməllərinə görə cavab verəcək.


Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın məqsədyönlü məskunlaşdırma siyasətinə son qoyulması tələbimiz bundan sonra da beynəlxalq birlik qarşısında qəti şəkildə qaldırılacaq”, - deyə XİN rəsmisi vurğulayıb.


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Tramp Con Boltonu və Co Baydeni növbəti dəfə tənqid edib

2020-09-22

gun az article

Norveçdə karantin qaydaları sərtləşdirilib

2020-09-22

gun az article

Türkiyə PUA-ları Ermənistan sərhədində — FOTO

2020-09-21

gun az article

Türkiyədə 14 nəfər İŞİD terrorçusu saxlanılıb

2020-09-21

gun az article

Rusiyada bir gündə koronavirusa yoluxanların sayı yenidən 6000 nəfəri keçib

2020-09-21

gun az article

Ceyhun Bayramov moldovalı həmkarı ilə erməni təxribatını müzakirə etdi

2020-09-21

gun az article

MN: Düşmən təxribatlarının qarşısı alınıb və o, ağır itkilərə məruz qalıb - BƏYANAT

2020-09-21

gun az article

Azərbaycan Ordusu şəhid verib

2020-09-21

gun az article

XİN: Ermənistanın məsuliyyətsiz davranışı bölgədə gərginliyi alovlandırır

2020-09-21

gun az article

MN: Cəbhə xəttində vəziyyət gərginləşib

2020-09-21

gun az article

Trampı zəhərləmək istəyən şəxs saxlanıldı

2020-09-21

gun az article

Müdafiə Nazirliyi: Ermənistana məxsus PUA məhv edilib

2020-09-21

gun az article

Gürcüstanda daha 187 nəfər koronavirusa yoluxub

2020-09-19

gun az article

“TikTok” və “WeChat” Amerikada qadağan olunur – Trampdan yeni qərar

2020-09-19

gun az article

Yunanıstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

2020-09-19

gun az article

Navalnının köməkçisi “zəhərin otel otağında su şüşəsində tapıldığını” açıqlayıb

2020-09-18

gun az article

Yunanlar Türkiyə sərhəddində xaç inşa etdilər

2020-09-18

gun az article

Xələf Xələfov: "Azərbaycan Türkiyənin bütün addımlarını birmənalı dəstəkləyir"

2020-09-16

gun az article

Türkiyəli nazir müavini: “Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çəkilməlidir”

2020-09-16

gun az article

Azərbaycanda son sutkada 141 nəfər COVID-19-a yoluxub, 151 nəfər sağalıb, 3 nəfər vəfat edib

2020-09-16