XİN: UNESCO-nun açıqlamaları Azərbaycanla əməkdaşlığın ruhuna uyğun gəlmir

2020-12-22 12:11

“Azərbaycan tərəfi UNESCO ilə əməkdaşlığa, tərəf çıxdığı konvensiyalardan irəli gələn vəzifələrin icrasına və xüsusilə də mədəni irsin qorunması ilə bağlı öhdəliklərinə hər zaman sadiqlik nümayiş etdirib. Ölkəmiz uzun illər ərzində həm Azərbaycanda, həm də qlobal miqyasda mədəni irsin bərpası və qorunması istiqamətində təşkilatın fəaliyyətinə ciddi töhfələr verib”.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında bildirilir.


Açıqlamada qeyd olunur ki, Azərbaycanda mədəni irsin qorunması dövlət siyasətinin vacib istiqamətlərindən biridir. Ölkəmizin Ümumdünya İrs Komitəsinin ötən il keçirilən sonuncu sessiyasına uğurla ev sahibliyi etməsi mədəni irsin qorunmasına Azərbaycanın verdiyi əhəmiyyətin, eyni zamanda üzv dövlətlərin Azərbaycana inam və etibarının yüksək ifadəsidir. Azərbaycan Respublikasının təşəbbüsü və dəstəyi ilə UNESCO tərəfindən ilk dəfə olaraq “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması ilə bağlı Hərbi Bələdçi” adlı nəşrin ərsəyə gəlməsi ölkəmizin YUNESKO-nun dəyərlərinə sadiqliyinin bariz nümunəsidir: “Lakin təəssüflə qeyd etmək lazımdır ki, 30 il ərzində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı zamanı mədəni irsimizin dağıdılması, mənimsənilməsi, mahiyyətinin dəyişdirilməsi, mədəni sərvətlərin ökəmizdən qeyri-qanuni çıxarılması kimi hərbi cinayətlərin araşdırılması məqsədilə UNESCO-ya çağırışlarımıza laqeyd yanaşılıb və bu məsələ ilə bağlı UNESCO Katibliyi qətiyyətlilik nümayiş etdirməyib.


UNESCO tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarına missiyanın göndərilməsi təklifinin Azərbaycan tərəfindən nəzərdən keçirilməsi barədə təşkilata dəfələrlə məlumat verilib. Məsələ ilə bağlı vurğulanmalıdır ki, mədəni mülkiyyətimizə vurulmuş zərərin dəyərləndirilməsinə dair bölgəyə UNESCO missiyasının təşkili zamanı bir sıra amillər, o cümlədən ərazidə təhlükəsizliyin təmin olunması, hava və çətin relyef şəraiti də nəzərə alınmalıdır. Məlum olduğu kimi, Azərbaycan əraziləri Ermənistan tərəfindən həm işğal müddətində minalanıb (hərbi əməliyyatların dayandırılması ilə bağlı 10 noyabr tarixli bəyanatdan etibarən 6 mülki şəxs və 6 hərbçi minaya düşərək həyatını itirib, 7 mülki şəxs və 14 hərbçi isə xəsarət alıb), həm də Ermənistan ordusu işğal edilmiş ərazilərimizdən geri çəkilərkən tarix və mədəniyyət abidələrinin ətrafını da minalayaraq ərazini təhlükəli bölgəyə çevirib.


İşğaldan azad edilən Azərbaycan torpaqlarında Mədəniyyət Nazirliyi tərəfindən mədəni irsin ilkin monitorinqinə başlanılıb və ilkin monitorinqin nəticələri UNESCO-ya rəsmi şəkildə təqdim olunub. Monitorinqin hesabatında, həmçinin vaxtilə Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərimizdə bütün dini və mədəni abidələrimizin dağıdılması, o cümlədən məscidlərimizin təhqir edilməsini əks etdirən fotolar da yer alıb. Ümid edirik ki, sözügedən monitorinqin hesabatında əks olunan hərbi cinayətlərə UNESCO səssiz qalmayacaq.


Hesab edirik ki, UNESCO öz missiyasını müstəqil və obyektiv şəkildə yerinə yetirməli və mədəni irsin qorunması məsələsinin siyasiləşdirilməsinə yol verməməlidir. UNESCO tərəfindən bu cür mətbuat açıqlamalarının verilməsi Azərbaycan ilə UNESCO arasında mövcud olan əməkdaşlığın ruhuna uyğun gəlmir.


Azərbaycan missiyanın təşkilinin təfərrüatlarını UNESCO ilə müzakirə etmək üçün konstruktiv dialoqa açıqdır və UNESCO ilə üzv dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətə əsaslanan əməkdaşlığa hazır olduğunu bir daha bəyan edir”. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Türkiyədə onlarla iranlı insan qaçaqçısı saxlanılıb

2021-01-24

gun az article

ABŞ Çinin Uyğurlara qarşı siyasətini `soyqırım` kimi tanıdı

2021-01-20

gun az article

Ermənistanda II Qareginin əleyhinə aksiya keçirilməsi planlaşdırılır

2020-12-26

gun az article

“Qafan-Əkərək yolu Azərbaycanın nəzarətinə keçib” – Qafan meri

2020-12-25

gun az article

Azərbaycan əsgərləri yol kənarında kafe işlədən erməniyə bir saat vaxt verdi — VİDEO

2020-12-25

gun az article

Prezident İlham Əliyev: Əfsuslar olsun ki, bəzi müsəlman ölkələri Ermənistana dost ölkə deyirlər

2020-12-25

gun az article

Hikmət Hacıyev: “Prezident İlham Əliyev xalqımızın Qarabağ həsrətinə son qoyub”

2020-12-24

gun az article

Kəlbəcərdəki məşhur qapının YENİ FOTOSU

2020-12-24

gun az article

Prezident İlham Əliyevin doğum günüdür

2020-12-24

gun az article

Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

2020-12-24

gun az article

İtaliya Prezidenti Azərbaycan Prezidentini təbrik edib

2020-12-24

gun az article

Gürcüstanda iki azərbaycanlı güllələnib

2020-12-24

gun az article

Nazir: “Azərbaycan həm minimum, həm də orta aylıq pensiya üzrə MDB ölkələri arasında liderliyini qoruyur”

2020-12-23

gun az article

Ağdamın Seyidli kəndindən - VİDEOGÖRÜNTÜLƏR

2020-12-23

gun az article

Zəngilanın Mincivan qəsəbəsi - VİDEO

2020-12-23

gun az article

İşğaldan azad olunan ərazilərin bərpası ilə bağlı konsepsiyanın əsas istiqamətləri açıqlanıb

2020-12-22

gun az article

Türkiyəli hərbi istehkamçılar mühəndis təminatı üzrə məşqlər keçirir - VİDEO

2020-12-22

gun az article

Vətən müharibəsi şəhidlərinin sayı 2802 nəfərə yüksəlib

2020-12-21

gun az article

Şoyqu: “Bu günə kimi Qarabağda bir dənə də olsun ciddi insidentin baş verməsinə icazə verilməyib”

2020-12-21

gun az article

Gələn il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri və xərcləri məlum olub

2020-12-21