Xiyavda it yarışları keçirdiyinə görə 17 nəfər saxlanılıb

2020-12-23 11:19

Xiyav (Meşgin) şəhərinin polis rəisi “Keyvan Zərrin kulah” saxlanılanlardan 4 nəfər həbsxanaya göndərilib. Qalan müttəhimlər haqqında isə qanuni proses davam edir.

Gunaz.tv Quote | Gunaz article

Ötən həftə Xiyav şəhərinin baş prokrorluğu və inqilab məhkəməsi də, şəhər və çevrə kəndlərdə “it boğuşdurma yarışları”nın keçirilməsinə qarşı tədbirlər görüləcəyini bildirmişdi.

 

“Əli Rzayi” mətbuata verdiyi açıqlamada sosial mediada yayılan görüntülərə toxunaraq bildirmişdi ki, çevrə kəndlərdə koronovirusla bağlı karantin qaydaları və gigiyenik üsullara riayət edilmədən heyvanlar arasında yarışlar keçirildiyi üçün qanuni tədbirlər görəcək.

 

O, eyni halda bu yarışların “islam və İran mədəniyyətinə yaraşmadığını” bildirmişdir.
Son zamanlar İran mətbuatında küçə heyvanlarının, xüsusilə itlərin işgəncəsi və öldürülməsi ilə bağlı çox sayda xəbərlər yayılıb.

 

İran şəhərlərinin bir çoxunda bələdiyyə idarələrinin bu “iş”lə bağlı xüsusi bölmələridə açılıb. Bu bölmələr küçə heyvanlarının öldürülməsi ilə bağlı podratçılarla müqavilə əsasında əməkdaşlıq edirlər. Öldürülən heyvan sayına görə əlavə pul alan podratçıların bu yöndə daha çox “fədakarlıq” göstərmələri vətəndaşların etirazlarına səbəb olub.

 

Bu ilin iyun ayında bələdiyyənin zibil daşıma maşınında itlərin diri-diri pres olaraq öldürülməsi görüntülərinin yayılması, ictimai rəyin və sosial şəbəkə istifadəçilərinin geniş əks-reaksiyalarına nədən olmuşdur.

 

Ümumiyyətlə İranda ümum üçün əyləncə yerlərinin və növələrinin məhdudluğu vətəndaşları, özəlliklə gəncləri alternativ “əyləncə” növləri axtarmağa məcbur edir. Bu alternativllər daha çox kənd və kiçik şəhərlərdə gizli it boğuşdurmaq yarışları düzənləmək, narkotik maddələrdən istifadə etmək, qondarma spirtli içkilər düzəltmək və b. bu kimi “iş”lərdən ibarətdir.

 

Əli Rzayinin dediyi “əsil islam və İran mədəniyyəti” isə hər zaman belə aktivitələrlə zəngin olub. Yəzd, Kirman, Kaşan və bir neçə vaşqa farsdilli şəhərdə çox vaxt, özəlliklə bayram günləri it boğuşdurmaq, məğlub olan itin öldürülməsi uzun illik milli ənənə kimi bu gündə davam edir.


Eyni halda Ə.Rzayinin açıqlamasından saxlanılanların heyvanların incidilməsinə görə yox. Daha çox karantin qaydalarını pozduqları üçün cəzalandırıldıqları anlaşılır.

 

Qeyd etmək lazimdir ki, əsasən fars bölgələrində dəb olan və adət-ənənə kimi qəbul edilən bu “yarış” Azərbaycan bölgələrində yayqın olmayıb. Az hallarda baş verən bu tip oyunları düzənləyənlərə isə hər zaman münasibət birmənalı şəkildə mənfi olub.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14

gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14

gun az article

Muğanda yeni neft qazma avadanlıqları quraşdırılıb-VİDEO

2021-05-14

gun az article

Zənganda qədim əl işləri sənətləri unudulmaqdadır

2021-05-14

gun az article

Xamneyini tənqid etdiyi üçün öldürülən güneyli gəncin videosu yayıldı

2021-05-14

gun az article

"Gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq"-Güney azərbaycanlı ziyalıların müraciəti yayıldı

2021-05-14

gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu ölkə çempionu oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12