SON XƏBƏRLƏR

XOCALI FACİƏSİ SOYQIRIMI AKTIDIR.İSLAM KONFRANSI TƏŞKİLATI LEYLA ƏLİYEVANIN TƏŞƏBBÜSÜNÜ TƏSDİQ EDİB

2021.10.20, 07:36
XOCALI FACİƏSİ SOYQIRIMI AKTIDIR.İSLAM KONFRANSI TƏŞKİLATI LEYLA ƏLİYEVANIN TƏŞƏBBÜSÜNÜ TƏSDİQ EDİB

Gunaz.tv
XOCALI FACİƏSİ SOYQIRIMI AKTIDIR.İSLAM KONFRANSI TƏŞKİLATI LEYLA ƏLİYEVANIN TƏŞƏBBÜSÜNÜ TƏSDİQ EDİB 200806233.jpg AzərTAc xəbər verir ki, İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin xarici işlər nazirlərinin Kampalada (Uqanda) başa çatmış konfransında İKT-nin Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın “Xocalıya ədalət: Qarabağa azadlıq” təşəbbüsü təsdiq edilmişdir. İKT-nin dialoq və əməkdaşlıq uğrunda Gənclər Forumunun (İKT GF) katibliyindən bildirmişlər ki, bu barədə İKT xarici işlər nazirlərinin konfransının 35-ci sessiyasında xüsusi qətnamə qəbul edilmişdir. Qətnamənin bu kampaniyaya həsr edilmiş xüsusi paraqrafının layihəsi bu ilin may ayında Azərbaycan XİN nümayəndə heyəti tərəfindən İKT GF-in ənənəvi qətnaməsinə daxil edilmiş və Ciddədə İKT-nin ekspertlərinin iclasında dəstəklənmişdir. Qətnamənin xarici işlər nazirləri tərəfindən dəstəklənməsi dünyanın 57 ölkəsində müvafiq kampaniyanın həyata keçirilməsi üçün siyasi-hüquqi baza yaradır. Qətnaməyə görə, İKT üzvü olan ölkələrdə humanitar faciələrin qurbanlarının Xatirə günü təsis edilir. Qətnamədə Xocalı faciəsinin də daxil olduğu bu siyahı təsdiq edilməklə yanaşı, XX əsrdə müsəlman ölkələri xalqlarının məruz qaldığı humanitar fəlakətlər, təcavüzlər və etnik təmizləmələr haqqında düzgün informasiyanın yayılması üçün kampaniyalar keçirilməsi nəzərdə tutulur. Qətnamədə 2009-2010-cu illərdə keçiriləcək Xatirə günü çərçivəsində öncül tədbir kimi, Leyla Əliyevanın “Xocalıya ədalət: Qarabağa azadlıq” təşəbbüsü təsdiq edilmişdir. Qətnamədə İKT üzvü olan ölkələrdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi barədə dəqiq məlumatın yayılması, eləcə də kampaniyanın tezisinin imici barədə rəylərin yerləşdirilməsi üçün informasiya veb-portalı yaradılması nəzərdə tutulur. Kampaniyanın əsas tezisini açıqlayan ən yaxşı foto materialları əsasında fotosərgi təşkil ediləcəkdir. Həmin fotosərgini beynəlxalq təşkilatların qərargahlarında təqdim etmək planlaşdırılır. Mətbuat üçün brifinqdə çıxış edən Leyla Əliyeva onun təşəbbüsünün nüfuzlu beynəlxalq təşkilat tərəfindən bəyənilməsini razılıq hissi ilə qeyd etmişdir. L.Əliyeva demişdir: “Bu sənədin qəbul edilməsi Azərbaycan torpaqlarının işğalı faktının beynəlxalq birlik tərəfindən getdikcə daha çox dərk olunmasını və təcavüzkarın mənəvi-siyasi baxımdan daha da təcrid edilməsini əks etdirir. Qətnamə Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti İKT üzvü olan ölkələrdə və mədəniyyətlərarası dialoq vasitəsilə qlobal səviyyədə gənc nəslə çatdırmaq üçün imkan yaradır. Qətnamə bu təşəbbüsün həyata keçirilməsində Foruma geniş səlahiyyətlər verir. Bir sözlə, qarşıda görüləsi işlər çoxdur”. Kampaniya çərçivəsində aparıcı beynəlxalq təşkilatların parlament birlikləri tərəfindən Xocalı faciəsinin kütləvi qırğın kimi tanınmasına nail olmaq nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, İKT xarici işlər nazirlərinin bundan əvvəl, 2007-ci ilin may ayında İslamabadda keçirilmiş sessiyasında İKT Gənclər Forumunun təşəbbüsü ilə Xocalı faciəsinə siyasi qiymət verilmişdir. İKT-nin Gənclər Forumu İKT-nin affilyasiya edilmiş təşkilatı statusuna malik olan beynəlxalq qurumdur. Forum 2004-cü ilin dekabr ayında yaradılmışdır. Onun mənzil-qərargahı İstanbulda yerləşir. www.diaspor.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar