Bunu Şərqi Azərbaycanın İqtisadi və Maliyyə İdarəsinin baş dirrektoru deyib.
Gunaz.tv
Əli Əsgər Abbaszadənin dediyinə görə, ölkə daxilində gömrüklərdə dəyişiklik və yeni gömrüklərin təsisi “Gömrük İşləri Qanunu”nun 103-cü maddəsinin qeydinə görə baş tuta bilər. Xudafarin gömrüyünün yenidən açılması da yalnız Nazirhər Kabinetinin müvafiq təsdiqindən sonra mümkündür.
O, neçə müddət öncədən Xudafərin gömrüyünün mövcud imkanlarının monitorinqini apardıqlarını, gömrüyün texniki və proqram təminatlarını nəzərdən keçirdiklərini bildirib. Abbaszadənin fikrincə, Xudafərin yenidən açılmağa və gömrük fəaliyyətinə başlamağa hazırdır.
Onun dediyinə görə, uyğun inzibati bina, 4 üstüörtülü anbar, tərəzi körpüləri, ən azı 20 yük maşını yükləmək üçün lazımi obyektlərin mövcudluğu, internet imkanları, qonaq evi və köməkçi yolların olması Xodafarin Gömrüyündə arzuolunan infrastruktur imkanlarıdır ki, oranın normal gömrük fəaliyyətləri üçün əlverişli olduğunu göstərir.
Əli Əsgər Abbaszadə Xudafərin körpüsünün təmirinin Azərbaycan və İran dövlətləri üçün əsas hədəflərdən biri olmasının zəruriliyini və bunu sürətləndirilməsinin vacibliyini söyləyib. Onun fikrincə, bu Şərqi Azərbaycanla Qarabağın azad edilmiş bölgələri arasında gediş-gəlişin çoxalması üçün prioritet layihə olmalıdır.
Abbaszadə çıxışının ardında Xudafərin gömrüyünün açılışından sonra bölgə ölkələri, o cümlədən Türkiyənin öz mallarını ixrac etməkdə istifadəsi üçün sərfəli variant olacağını, bunun Türkiyə, İran və Azərbaycanın mənafelərinə xidmət edəcəyini söyləyib.
Qeyd edək ki, iki gün öncə yanvar ayının 9-da Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiridə bu mövzuda keçirilən toplantıda oxşar fikirləri səsləndirmiş və Xudafərin körpüsünün təmiri, gömrüyünün açılmasının zəruriliyini qeyd etmişdir.
C.E