SON XƏBƏRLƏR

Xorasan türkləri ləhcəsinin izahlı lüğəti nəşr olunub

2021.10.20, 07:36
Xorasan türkləri ləhcəsinin izahlı lüğəti nəşr olunub

Gunaz.tv

GünAz TV: Xorasan türkləri ləhcəsinin birinci izahlı lüğəti Xorasan şəhərində işıq üzü görüb.

 

Kitab Xorasan türkləri ləhcəsində birinci izahlı lüğət və Lüğətnamə səbkində qələmə alınan 3-cü əsər sayılır.

 

Xorasanlı mədəni fəal Abdulla Qasiminin (Yılmaz Xorasanlı) qələmə aldığı əsər iki fəsildən ibarətdir. Birinci fəsildə oğuz türkcəsi şaxələri, türk dilinin tarixi, İranda türk dili və Xorasan türkcəsi mövzularından bəhs olunub. Bu bölümdə böyük Xorasan, eləcə də Gülüstan və Simnan əyalətlərindəki bütün türk ləhcələri ətraflı şəkildə araşdırılıb.

Kitabın ikinci bölümündə əlifba ardıcılığı ilə (latin əlifbası ilə yanaşı) çox sayda türk sözləri yer alıb.

 

Bundan əvvəl də Xorasan türkcəsi lüğəti və Bocnurd türkcəsi lüğəti Quluzadə Məzrəci və xanım Fatimə Əzizi tərəfindən nəşr olunub, lakin Abdulla Qasiminin kitabı  daha çox mövzunu əhatə etdir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar