SON XƏBƏRLƏR

Xorasan türklərinin qocaman ustad aşığı vəfat edib – VİDEO

2021.10.20, 07:36
Xorasan türklərinin qocaman ustad aşığı vəfat edib – VİDEO

Gunaz.tv

GünAz TV: Xorasan türklərinin qocaman aşıqlarından (baxşı) olan Ayməhəmməd Yusifi vəfat edib.

 

Tanınmış sənətkar sentyabrın 5-də 96 yaşında həyatla vidalaşıb.

 

Ayməhəmməd Yusifi 1923-cü ildə Rəzəvi Xorasan Əyalətinin Dərgəz şəhərinin türklərin yaşadığı Təgən kəndində dünyaya göz açıb.

 

https://www.youtube.com/watch?time_continue=23&v=gAYM52IRU_8

 

 

Mərhum məşhur türk şairi Olyaqlı Yeganənin şagirdi olub. O xüsusi ipək tari üzrə ustad olub, bu tarın səsi adi tarlara nisbətən daha bəmdir.

 

Ayməhəmməd Yusifi mif və hikayə deməkdə, həmçinin qədim yerli ayinləri bilib anlatmaqda da ustad olub.

 

Türk dünyasında “aşıq”, “ozan”, “bamsı” və “baxşı” adı ilə tanınan saz-söz adamları türk millətinin qədim mədəniyyəti və ənənələrinin qorunub saxlanılmasında hər zaman böyük rol oynayıblar. Bu sənət Güney Azərbaycanda bütün manelərə baxmayaraq inkişaf etməkdədir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar