SON XƏBƏRLƏR

Xorasanlı yazıçı həbs edilib

2021.10.20, 07:36
Xorasanlı yazıçı həbs edilib

Gunaz.tv
Xorasanlı yazıçı həbs edilib İyulun 3-də həbs edilmiş Xorasan türklərindən olan yazıçı-jurnalist, milli hərəkatçı Əli Əkbər Tahiridən xəbər yoxdur. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, gecə saatlarında qəfil basqınla həbs edilmiş yazıçının nə üstə tutulduğu bəlli deyil. Qeyd edək ki, yazıçının bu günə qədər 10 kitabı çapdan çıxıb. olaylar ------------------------------------------------------------------- HAZIRDA BAKIDA 555 BİNA TİKİLİR iyul_2008_6_baki_1___9_1.jpg Bakının Yasamal rayonu. Ən çox tikinti burda gedir Hazırda Bakıda 555 yeni bina tikilir. Bu binaların inşasını 212 şirkət aparır. Məlumat «Media forum» saytına Əmlak Bazarı İştirakçıları İctimai Birliyindən verilib. Məlumatda bildirilir ki, iyulun 1-nə olan göstəricilərə görə, sözügedən binaların 40 faizi Yasamal rayonunun payına düşür. Xətai və Nəsimi rayonları sonrakı yerlərdə gəlir. Əmlak Bazarı İştirakçıları Birliyi qeyd edir ki, bundan əvvəl də yeni binaların tikildiyi rayonlar arasında Yasamal birinci, Xətai və Nəsimi rayonları sonrakı yerləri tuturdu. Şəhər üzrə satış üçün təklif olunmuş mənzillərin orta qiyməti iyunda may ayı ilə müqayisədə 3,1 faiz (kvadratmetri 1138 dollardan 1173 dollaradək) artıb. Orta mənzil sahəsi 120,5 kvadratmetrdən 120,1 kvadratmetrə qədər azalıb. Orta blok və mərtəbə göstəricisi may ayı ilə müqayisədə dəyişməz qalıb (2,3 blok və 14,9 mərtəbə). İyun ayında rayonlar üzrə qiymət artımı belə olub: Sabunçu - 16,8 faiz, Yasamal - 14,9 faiz, Nərimanov - 10,6 faiz, Səbail - 8,3 faiz, Xətai - 4,1 faiz, Nəsimi - 3,52 faiz, Nizami - 0,7 faiz. Yeni tikilən binalarda üçotaqlı mənzillər yenə də çoxluq təşkil edir. İyun ayında mənzillərin orta sahəsi birotaqlılar üzrə 58,7 kvadratmetr, ikiotaqlılar üzrə 92,7, üçotaqlılar üzrə 135,7, dördotaqlılar üzrə 180,4, beşotaqlılar üzrə 233,8 kvadratmetr olub. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar