SON XƏBƏRLƏR

Xoy şəhərində keçiriləcək “Şəms və Mövlana” Festivalının posteri təqdim olunub

2021.10.20, 07:36
Xoy şəhərində keçiriləcək “Şəms və Mövlana” Festivalının posteri təqdim olunub

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Xoy şəhərində keçiriləcək 3-cü “Şəms və Mövlana” Festivalının posteri təqdim olunub.


Təqdimat mərasimində yerli məsullar, o cümlədən Xoy Şəhər İcra Hakimiyyətinin başçısı Məhəmməd Abidi iştirak edib.


İcra Hakimiyyəti başçısının verdiyi açıqlamaya görə, festival əsasən musiqi və hekayə kimi müsabiqə bölmələrindən ibarət olacaq.


Dünya şöhrətli türk şair və arif Şəmsəddin Təbrizi və Mövlana Cəlaləddin Rumiyə həsr olunmuş festival iyulun 31-dən başlayaraq bir neçə gün davam edəcək.
Beynəlxalq “Şəms və Mövlana” Konfransı isə sentyabrın 29 və 30-da Xoy şəhərində Şəms Təbrizinin məqbərəsinin nəzdində keçiriləcək.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar