SON XƏBƏRLƏR

Xoy şəhərində səyyar satıcı Bələdiyyə məmurları tərəfindən döyülüb – VİDEO

2021.10.20, 07:36
Xoy şəhərində səyyar satıcı Bələdiyyə məmurları tərəfindən döyülüb – VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda Bələdiyyə İdarəsi məmurlarının səyyar satıcıları döyməsi məsələsi növbəti dəfə sosial şəbəkələrin gündəminə düşüb.

 

Bu dəfə Qərbi Azərbaycan Əyalətinin Xoy şəhərində bir səyyar satıcı Bələdiyyə İdarəsinin “sədd-i məbər” məmurlarının hücumuna məruz qalıb.

 

Teleqram kanallarında yayılan videoda göründüyü kimi, məmurlar satıcının meyvələrini dağıdıb ayaqlar altına atdıqdan sonra onu təhqiramiz şəkildə döyüblər. Ətrafdakı insanlar satıcının döyülməməsi üçün cəhd göstəriblər, lakin onu məmurların əlindən qurtarmaq mümkün olmayıb.

https://www.youtube.com/watch?time_continue=7&v=vePUiKuEgjo

 

 

Son aylarda onlarla azərbaycanlı satıcı, Təbriz, Urmiyə, Qoşaçay, Qum və s. kimi şəhərlərdə Bələdiyyə İdarəsinin məmurları tərəfindən vəhşicəsinə döyülərək iş yerindən uzaqlaşdırılıb.

 

Qeyd edək ki, Güney Azərbaycanda son vaxtlar səyyar satıcılıq kimi zəif peşələrə üz tutanların sayı getdikcə artır. Buna səbəb dövlət büdcəsinin əyalətlər arasında ədalətsiz şəkildə paylanılması, bölgəyə sərmayə yatırılmaması, istehsal və sənaye müəssisələrinin maliyyə problemlərindən dolayı bağlanılması və s. kimi amillərin nəticəsində ortaya çıxan işsizlik problemidir. Bəzi soydaşlarımız isə işsizlikdən dolayı doğma şəhər və kəndlərini tərk edərək İranın digər bölgələrinə köçməyə məcbur olur, onların bir çoxu getdikləri şəhərlərdə səyyar satıcılıq kimi zəif işlərlə məşğul olurlar.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar