SON XƏBƏRLƏR

Xoyda keçirilən İllik “Əvrin” Yığıncağından bir neçə VİDEO

2021.10.20, 07:36
Xoyda keçirilən  İllik “Əvrin” Yığıncağından bir neçə VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Xoy şəhəri ətrafında keçirilən İllik “Əvrin” Yığıncağının videosu yayılıb.

 

Cümə günü keçirilən yığıncaqda çox sayda yerli əhali iştirak edib.

 

Yığıncaqda Azərbaycan musiqisi ifa olunub və milli rəqslər nümayiş etdirilib. Bir neçə soydaşımız isə türk dilində şeirlər oxuyub.

 

Yığıncaqda aşıq musiqisinə xüsusi yer verilib, Azərbaycanın qədim aşıq havaları yerli aşıqlar tərəfindən ifa olunub.

 

İran rejimi Xoyda keçirilən illik yığılncağa təsir etmək  məqsədi ilə yığıncaq günü bölgəyə fars və kürddilli alpinistlər (dağçı) gətirir. Məqsəd türklərin mədəni tədbirinin mahiyyətini dəyişdirməkdir. Lakin soydaşlarımız türk dilində çeşitli proqramlar icra edərək rejimin planının gərçəkləşməsinə imkan vermirlər.

 

Sözügedən illik yığıncaq bir neçə ildir ki, Xoy şəhərinin “Əvrin” dağı yüksəkliklərində keçirilir, yığıncaq soydaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

 

Video:

https://www.youtube.com/watch?time_continue=53&v=_xt57JZBm0s

 

https://www.youtube.com/watch?time_continue=55&v=QMdKqY6BtoQ

 

https://www.youtube.com/watch?time_continue=28&v=qU7dobRiOsg

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar