XTQ-nin Vətən Müharibəsi Qəhrəmanı: Yaşasaydı, 33 yaşı olacaqdı...

2021-09-14 15:26

Bu gün Vətən Müharibəsində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin doğum günüdür.

Gunaz.tv Quote | Gunaz article

3 bacının yeganə qardaşı olan Abdullayev Rəşad Arif oğlu 14 sentyabr 1988-ci ildə Cəlilabad rayon Göytəpə şəhərində anadan olub.

1995-2003-cü illərdə Cəlilabad rayon Milli Qəhrəman Vüqar Mürsəlov adına Göytəpə şəhər 1 saylı tam orta məktəbində oxuyan R.Abdullayev 2003-2006-cı illərdə təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirib.

2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq 2010-cu ildə həmin məktəbi “Motoatıcı” ixtisası üzrə bitirib. Məktəbi bitirdikdən sonra Azərbaycan Respublikası Müdafiə nazirinin 23 iyun 2010-cu il tarixli əmri ilə leytenant hərbi rütbəsi verilib.

Daha sonra Təlim və Tədris Mərkəzinin zabit ixtisası kursuna dinləyici olaraq göndərilib. Burada təhsilini tamamladıqdan sonra Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə 24.06.2010-cu il tarixindən 12.12.2011-ci ilədək Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində Motoatıcı Taborun Tankəleyhinə Tağım Komandiri vəzifəsində xidmət edib. 12.12.2011-ci ildə XTQ kursu keçmək üçün “N” saylı hərbi

hissəyə ezam olunub, kursu bitirdikdən sonra isə Azərbaycan Respublikası Müdafiə nazirinin 08 iyul 2012-ci il tarixli əmri ilə “N” saylı hərbi hissədə Xüsusi Təyinatlı Qrupun komandir müavini vəzifəsinə təyin olunub. Şəhid olanda vəzifəsi “N” saylı hərbi hissədə komandir müavini, kapitan qərargah rəisi, tabor komandiri idi.

Çox sayda xüsusi əməliyyatlarda iştirak etmiş Rəşad Abdullayev hər bir tapşırığın öhdəsindən layiqincə gələrək çox böyük nailiyyətlər əldə edib. Kapitan Abdullayev 2016-cı ilin Aprel döyüşlərində xüsusi şücaət göstərib və xeyli düşməni məhv edib. Xarici ölkələrdə XTQ kurslarını, o cümlədən Türkiyədə keçirilən “TurAZ Qartalı” paraşut təlimlərinin iştirakçısı olaraq fərqlənmə ilə bitirib.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin “Dəmir yumruq” hərbi əməliyyatlarının başlamasından sonra Murov zirvəsinin işğaldan azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlar Vətən müharibəsi zamanı baş verən ən şiddətli və strateji baxımdan ən önəmli əsas döyüşlərdən biri olub. 

Murovdağ döyüşləri nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları düşmənə böyük zərbə vuraraq qəhrəmancasına şəhid olub. Döyüş tapşırığını yerinə yetirən zaman qəhrəmanlıq nümunəsi göstərən şəhidlərimizdən biri də kapitan Rəşad Abdullayev idi.

O, ötən il sentyabrın 28-də Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olub və ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı fəxri adı, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ailəli idi, 2 övladı yadigar qalıb. (modern.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Əfqanıstanda partlayış: 3 ölü, 20 yaralı

2021-09-18

gun az article

Ermənistanda polis rəisinin müavini avtomobillə vurulub

2021-09-18

gun az article

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

2021-09-18

gun az article

Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri başa çatıb

2021-09-18

gun az article

Amerika rəsmisi: “Blinkenin iranlı həmkarı ilə görüşmək üçün planı yoxdur”

2021-09-18

gun az article

Ordumuzun minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir- VİDEO

2021-09-18

gun az article

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

2021-09-18

gun az article

Şuşada Beynəlxalq Musiqi Festivalının açılışı oldu

2021-09-18

gun az article

“Üzeyirin ruhu qarşısında imtahan verdim” - Mənsur İbrahimov

2021-09-18

gun az article

İmran Xan: “İran-Səudiyyə qarşıdurması Pakistan üçün faciə sayılacaq”

2021-09-18

gun az article

“Şuşada istilik sistemləri bərpa olunur” - Aydın Kərimov

2021-09-18

gun az article

Türkiyə və ABŞ rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

2021-09-18

gun az article

Livanın baş naziri: “Hizbullah”ın İrandan yanacaq idxal etməsi Livanın milli hakimiyyətini pozur”

2021-09-18

gun az article

İƏT Ombudsmanlar Assosiasiyası Qarabağla bağlı hesabat hazırlayacaq

2021-09-18

gun az article

"Aİ hərbi cəhətdən ABŞ-dan asılı olmamalıdır" - Almaniyalı nazir

2021-09-18

gun az article

Rusiyada virusdan daha 799 nəfər ölüb

2021-09-18

gun az article

Baş nazir: "Gürcüstan-Azərbaycan dostluq münasibətləri yüksək səviyyədədir"

2021-09-18

gun az article

İranda bankdan kredit ala bilməyən gənc müəllim intihar edib

2021-09-18

gun az article

ABŞ-dan Fransaya 90 milyardlıq zərbə - Makron səfiri geri çağırdı

2021-09-18

gun az article

Mədəniyyət xadimləri Güllələnmiş heykəlləri ziyarət edib

2021-09-18