SON XƏBƏRLƏR

Xudafərin körpüsü su altında qala bilər_İranın fars-molla rejimi Araz çayı üzərində bənd tikintisini yekunlaşdırmaq üzrədir

2021.10.20, 07:36
Xudafərin körpüsü su altında qala bilər_İranın fars-molla rejimi Araz çayı üzərində bənd tikintisini yekunlaşdırmaq üzrədir

Gunaz.tv
Xudafərin körpüsü su altında qala bilər İranın fars-molla rejimi Araz çayı üzərində bənd tikintisini yekunlaşdırmaq üzrədir Tural Bir neçə ay əvvəl İranın fars-molla rejiminin Araz çayı üzərində bənd və elektrik stansiyası tikməsi haqqında məlumat vermişdik, fotoşəkilləri yayımlamışdıq. İşğal olunmuş torpaqlarımızda tikilən bu obyektlər Azərbaycan ictimaiyyətinin narazılığına səbəb olub. Xudafərin körpülərinin su altında qalmaq təhlükəsi, İranın Dağlıq Qarabağdakı separatçı ermənilərə, Ermənistana elektrik enerjisi ötürməsi planları isə ciddi etirazləra gətirib çıxarıb. Amma "müsəlman qardaşlığın"dan dəm vuran fars -molla rejimi əməlindən əl çəkməyib. Güneyli soydaşımız Əli Süleymaninin qəzetimizə verdiyi məlumata görə, son dövrlər İranın "Ettellat" və "Sepahi-Pasdaran"ının əməkdaşları, fars-molla rejiminin hərbçiləri sözü gedən bölgəyə yeridilib. Əli Süleymani fars- molla rejiminin icraçı şirkətə bəndin tikintisini bu ilin sonuna kimi yekunlaşdırmaq tapşırığını verdiyini bildirdi: "Bu bəndin tikintisinin yekunlaşması ilə Azərbaycanın böyük tarixi-mənəvi abidələrindən sayılan Xudafərin körpüsü su altında qalacaq. Bundan başqa, İranın tikəcəyi bənd və SES vasitəsilə Ermənistanın elektrik enerjisinə olan tələbatının təqribən iyirmi faizi ödəniləcək". İranın Ermənistanla əməkdaşlığının, bağlanmış müqavilənin Azərbaycanın milli maraqlarına zidd olduğunu vurğulayan Əli Süleymani rəsmi Tehranın növbəti dəfə millətimizə qarşı xəyanətkar mövqe tutduğunu dedi. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar