Xudavəng məbədində Pasxa ayini icra olunub

2021-05-04 16:07

Bu gün Pasxa bayramı münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə Kəlbəcərdəki Xudavəng məbədinə Alban-Udi dini icması və digər xristian icmalarının səfəri təşkil olunub.

Gunaz.tv Quote | Gunaz article

Səfər çərçivəsində Komitənin, Alban-Udi Xristian dini icmasının və digər xristian icmalarının nümayəndələri ilə yanaşı, jurnalistlər də işğaldan azad olunan Kəlbəcərə yola düşüb. 

Mənəvi Dəyərlərin Təbliği Fondunun və Alban-Udi Xristian dini icmasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin daşıyıcısı olan Alban-Udi xristian dini icmasının, eləcə də digər xristian dini konfessiyaların üzvləri və mətbuat nümayəndələri iştirak edib. Dini icmanın üzvləri qədim alban məbədində dini ayin icra edib, dualar oxuyub, ibadət edədək şamlar yandırıblar.

Qeyd olunub ki, Kəlbəcərin Vəng kəndindəki Xudavəng məbəd kompleksi dünya əhəmiyyətli memarlıq abidələrindəndir. Məbədin əsası VI-VII əsrlərdə qoyulub. Kompleks Qafqaz Albaniyası dövlətinin süqutundan bir əsr sonra - IX əsrdə Qarabağın dağlıq hissəsində yaradılmış Alban Xaçın Knyazlığının dini mərkəzi olaraq qalıb.

Kompleksdə alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərib. XIII əsrdə Mehranilər sülaləsindən olan Xaçın knyazı Böyük Həsənin oğlu Bəhramın ailəsi tərəfindən monastır yenilənib və orada əlavə tikililər inşa edilib. Bu baxımdan burada belə bir tədbirin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə növbəti tədbirin Laçın rayonundakı Ağoğlan məbədində keçirilməsi nəzərdə tutulur. (apa)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ordumuz hərəkətə keçdi - Terrorçuların zərərsizləşdirilməsi tapşırıqları icra ediləcək

2021-05-16

gun az article

Almaniyada sinaqoq və yəhudi abidələrinə hücum olub

2021-05-16

gun az article

İranla sərhəddə atışmada şəhid olan zabit Tovuzda dəfn ediləcək

2021-05-16

gun az article

Sahibə Qafarova İtaliyaya səfərə gedir

2021-05-16

gun az article

Leyla Abdullayeva: “Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır”

2021-05-16

gun az article

“HƏMAS”ın silah saxladığı 11 mərtəbəli bina dağıdıldı

2021-05-15

gun az article

İranla sərhəddə atışma, iki hərbçimiz şəhid oldu

2021-05-15

gun az article

Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub

2021-05-15

gun az article

Udi xalqının çox böyük tarixi mirası var - İlham Əliyev

2021-05-15

gun az article

İtaliya mətbuatı “Xarıbülbül” festivalından yazdı

2021-05-15

gun az article

Azərbaycanda daha 377 nəfər COVID-19-a yoluxub

2021-05-15

gun az article

ABŞ-ın İsraildəki səfirliyinin Təl-Əviv ofisi viza xidmətlərini dayandırıb

2021-05-15

gun az article

Ermənistan AES-in fəaliyyəti dayandırıldı

2021-05-15

gun az article

Stoltenberq: "NATO yeni bir "Soyuq Müharibə" istəmir"

2021-05-15

gun az article

Cavad Zərif İsraili dəstəkləyən Avstriyaya səfərini ləğv edib

2021-05-15

gun az article

Ukrayna yeni qoşun növü yaradacaq

2021-05-15

gun az article

Ruhani vaksinasiya prosesindəki qanunsuzluqlardan danışdı: "Hələ peyvənd olunmamışam"

2021-05-15

gun az article

15 may Beynəlxalq İqlim Günüdür

2021-05-15

gun az article

Monteneqro turistlərə qapılarını açır

2021-05-15

gun az article

Türkiyə - Şimali İrlandiya oyunu ləğv olundu

2021-05-15