SON XƏBƏRLƏR

Xürrəmabadda “Xamneyiyə ölüm” şüarları səsləndirilib, Rəşt şəhərində isə bir qadın bir axunda hücüm edib – VİDEOLAR

2021.10.20, 07:36
Xürrəmabadda “Xamneyiyə ölüm” şüarları səsləndirilib, Rəşt şəhərində isə bir qadın bir axunda hücüm edib – VİDEOLAR

Gunaz.tv

GünAzTV: İranın Loristan əyalətinin Xürrəmabad şəhərində totalitar molla rejiminə qarşı xalq etirazları keçirilib, Rəşt şəhərində isə hakimiyyətin zülmündən boğaza yığılan gənc bir qadın küçədə duran bir axunda hücum edib.

 

Yanvarın 29-u, axşam saatlarında Xürrəmabadda minlərlə qəzəbli etirazçı küçələrə axışaraq “Xamneyiyə ölüm”, “Dikatatora ölüm” və “Xamneyi! Abır-həyan olsun, utan xəcalət çək, hakimiyyətdən əl çək” və "Qorxmayın, biz hamımız birlikdəyik" şüarları səsləndirərək, hakim rejimin ölkə vətəndaşlarına qarşı zülmünə öz etirazlarını bildiriblər. Gecə saatlarına qədər sürən dinc etirazlarda onlarla aksiyaçının tutulduğu bildirilir.

 

Həmin gün, Gilan əyalətinin Rəşt şəhərində molla rejiminin vətəndaşlara qarşı repressiyalarından və ölkə qadınlarına qarşı təzyiqindən cana gələn gənc bir qadın, küçədə hakimiyyətə qarşı şüarlar səsləndirib. Küçədə duran insanlara üz tutan qadın “Niyə sakit dayanıbsız, bunlar şərəfsizdir, bunlar ölkəni xaraba qoyublar, bunlar ölkəni məhv ediblər, bunlar bizi bədbəxt ediblər, bu murdarlarda şərəf yoxdur” şüarları səsləndirərib. O, kənarda dayanan bir axundu “Murdar şərəfsiz” adlandıraraq onun üstünə cumub. Eirazçı qadın axundun başından əmmaməsini götürərək yerə atıb və hücuma məruz qalan axund narazı qadının bu hərəkətinə hər hansı bir reaksiya verməyib. Həmin qadının sonradan polis tərəfindən tutulub-tutulmaması haqda məlumat yayılmayıb.

 

Yanvarın 29-da İranın Bəndər Abbas, Nəcəfabad, Ərak, Şiraz, Kirman və Qorqan şəhərlərində də minlərlə aksiyaçının iştirakı ilə hakimiyyətə  qarşı etirazlar keçirilib.

 

Xatırladaq ki, bir ay əvvəl İranın 101 şəhərində hakimiyyətə və onun dini lideri, axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Çökmüş və çürümüş hakim rejimin iflasa uğramış iqtisadi, daxili və xarici siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə, prezident Həsən Ruhaniyə  “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 4000 nəfərdən çox insan həbs edilib.

 

Tutulanlardan isə ən azı 12 nəfəri İranın müxtəlif şəhərlərinin zindanlarında dindirilərkən işgəncələr altında öldürülüb. Hakimiyyət rəsmiləri isə həmin şəxslərin “intihar” etdiyini iddia edirlər.

 

 “Bahalığa yox” şüarı adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Məşhəd şəhərindən başlanan etirazlar, az sonra radikallaşaraq molla rejiminin əleyhinə yönəlib. Hazırda ölkənin iri şəhərlərində elan olunmamış fövqəladə vəziyyət hökm sürdüyünə görə, etirazlar müvəqqəti olaraq dayandırlmışdı.

 

VİDEOLAR:

 

Yanvarın 29-u, Xürrəmabad

 

Yanvarın 29-u, Rəşt şəhəri

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar