SON XƏBƏRLƏR

Xuzistan əyalətində iranlı deputatın avtomobilinə odlu silhdan atəş açılıb

2021.10.20, 07:36
Xuzistan əyalətində iranlı deputatın avtomobilinə odlu silhdan atəş açılıb

Gunaz.tv

GünAzTV: İranın Xuzistan əyalətinin Şadqan şəhərindən ölkə parlamentinə deputat seçilmiş axund Məcid Nasiri Nejadın avtomobilinə odlu silahdan atəş açılıb.

 

Hadisə, aprelin 6-sı axşam saatlarında Şadqan şəhərində baş verib. Naməlum silahlı şəxslər, deputatın və onu müşayiət edən digər rəsmilərin küçədə park edilmiş avtomobillərinə odlu silahdan bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıblar. Hadisə zamanı, yerli rəsmilərdən birinin evində qonaqlıqda olan deputat və başqaları hər hansı bir bədən xəsarəti almayıb.

 

Xuzistanda əhali arasında, o cümlədən də gənclərin əlində odlu silahların olmasını ölkə üçün təhlükəli sayan axund, silahlı hücumun səbəbi barədə konkret hər hansı bir açıqlama verməsə də, hadisənin son iki həftədə əyalətin müxtəlif şəhərlərində ərəb əhalisinin rejimə qarşı kütləvi etirazları ilə əlaqələndirildiyi təxmin edilir.

 

Xatırladaq ki, martın 23-də İran Dövlət Televiziyasının 2-ci kanalından yayımlanan bir uşaq verilişində, azyaşlı aparıcı, İran xəritəsində müxtəlif millətlərin yaşadığı bölgələrin üzərinə, o millətin geyimini geyən gəlinciklər yapışdırıb, lakin Əhvaza gəlincə, yerli ərəblərə məxsus milli geyimi olan gəlincik yox, yerinə başqa bir gəlincikdən istifadə edilib. Bununla da burada hər hansı bir ərəbin yaşamamasına eyham vurulub. Bu irqçi hərəkət isə, yerli ərəb xalqının kəskin etirazına səbəb olub.

 

Bildirilir ki, son 11 gündə Xuzistanın Əhvaz və digər şəhərlərində fars irqçiliyinə qarşı keçirilən etirazlarda ən azı 160 nəfər həbs edilib, bir neçə nəfər rejim qüvvələri tərəfindən öldürülüb. Kütləvi xalq etirazları davam edir.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar