SON XƏBƏRLƏR

Xuzistan əyalətində sel fəlakəti davam edir. 200 kənd əhalidən boşaldılıb - FOTOLAR və VİDEO

2021.10.20, 07:36
Xuzistan əyalətində sel fəlakəti davam edir. 200 kənd əhalidən boşaldılıb - FOTOLAR və VİDEO

Gunaz.tv

GünazTV: İranın müxtəlif əyalət və bölgələrində üç həftədən çoxdur baş verən daşqın və sel fəlakəti davam edir. Hazırda Xuzistan əhalisinin selin ciddi təhlükəsi ilə üz-üzə qaldığı barədə yeni məlumatlar yayılır.

 

Xuzistan ostandarı Qulamrza Şəriəti aprelin 10-da jurnalistlərə açıqlamasında bildirib ki, əyalətin mərkəzi sayılan Əhvazın beş məntəqəsinin əhalisi ciddi sel təhlükəsi ilə üz-üzə qalıb: “Əhvazın Eyndo, Güldəşt, Səyyahi, Sadat və Səlimabad məntəqələrində yaşayan 60-70 min əhali dərhal evlərini boşaltmalıdırlar” –deyə Qulamrza Şəriəti əlavə edib.

 

Xuzistan əyalətinin digər rəsmiləri isə mediaya açıqlamalarında bildiriblər ki, son günlər 46 min əhalisi olan 200 kənd təxliyə edilib və həmin kəndlərdə yaşayan əhali yaradılmış müvəqqəti sığınacaqlara köçürülüb. Selin neft təsisatlarına hər hansı bir ziyan vurmadığını vurğulayan əyalət başçılarının dediyinə görə, hazırda Əhvazın Kiyanşəhr və Zərdəşt yaşayış məntəqələrinə sel sularının qarşısını almaq üçün qabaqlayıcı tədbilər görülür.

 

 

Qeyd edək ki, son üç həftə ərzində İranın müxtəlif bölgələrində, o cümlədən də Mazandaran, Türkmənsəhra (Gülüstan),  Şimali Xorasan, Xuzistan, Loristan, Kohkiluye və Boyer Əhməd əyalətlərində, eləcə də Şiraz və digər şəhər və bölgələrdə baş verən daşqın və sel nəticəsində ən azı 77 nəfər həlak olub, 1076 nəfərdən çox insan yaralanaraq xəstəxanalara yerləşdirilib. Təbii fəlakət nəticəsində minlərlə şəhər və kənd evlərinə xeyli ziyan dəyib.

 

 

 

 

 

 

VİDEO:

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar