Xuzistan üsyanı böyüyür: “Xamneyiyə ölüm” şüarı səsləndi, daha 4 etirazçı rejim qüvvələri tərəfindən qətlə yetirildi - VİDEO

2021-07-21 11:34

İranın sünni məzhəbli ərəblərinin yaşadığı Xuzistan əyalətində hakimiyyətə qarşı etirazlar getdikcə daha kəskin hal alır.

Gunaz.tv Quote | Gunaz article

Sosial şəbəkələrdə yayılan video və məlumatlara görə, iyulun 20-si axşam saatlarında Xuzistan əyalətinin şərqi hissəsində yerləşən daha bir neçə şəhərin, o cümlədən də İzə, Dezful və Behbəhan şəhərlərinin əhalisi etirazlara qatılaraq, “Xamneyiyə ölüm” və “İslam respublikasına ölüm” şüarları səsləndirərək, rejim rəsmilərinin əyalətdə susuzluğa gətirib çıxaran səriştəsiz siyasətinə etiraz bildiriblər.


Yayılan məlumatlara əsasən, etirazlar genişləndikcə daha siyasi xarakter daşımağa başlayır və etirazçılar birbaşa İranın diktator “dini lider”i axund Əli Xamneyinin totalitar hakimiyyətini hədəfə alırlar.


Məlumata əsasən, etirazçıları susdurmaqdan aciz qalan rejim qüvvələri iyulun 20-də İzə şəhərində aksiyaçılara odlu silahlardan atəş açıblar. Atəş nəticəsində iki gənc etirazçı, 16 yaşlı Məhəmməd Abdullahi və Hadi Bəhməni qətlə yetirilib.


Əhvaz şəhərində isə hökumət qüvvələrinin etirazçılara açdığı atəş nəticəsində Fərzad Fərisad adlı bir gənc aldığı güllə yarasından yerindəcə keçinib, bir gecə əvvəl isə Əhvazın Ələvi küçəsində polisin birbaşa atəşi nəticəsində ağır yaralanaraq xəstəxanaya yerləşdirilən digər 20 yaşlı bir gənc xəstəxanada dünyasını dəyişib.


Sosial şəbəkələrdə yayılan xəbərlərə əsasən, dünən axşam saatlarında Xuzistan əyalətinin Mahşəhr şəhərinin Taliqani şəhərciyində dinc etirazçılara qarşı repressiyalarda iştirak edən 2 polis əməkdaşı naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.


Hücum nəticəsində adı mediaya açıqlanmayan bir polis əməkdaşı yerindəcə ölüb, digəri isə ağır yaralanıb.

 

Yayılan məlumatlara görə, dünən Xuzistan əyalətinnin müxtəlif şəhərlərində davam edən su üsyanında  əsasən üç mühüm şüar səsləndirilib.

Etirazçılar “İslam Rspublikasına ölüm”, “Xamneyiyə ölüm” və “İslam Respublikasını istəmirik” şüarları səsləndirərək rejimin neft və qaz yataqları ilə zəngin olan Xuzistan əyalətinin yerli ərəb sakinlərini susuzluq, yoxsulluq və fəlakət içində saxlamasına öz etirazlarını bildiriblər.

 


A.M

 

Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:

Xuzistanda hökumət qüvvələri su üsyanına qatılan gənclərə atəş açdı: Yüzlərlə etirazçı həbs edildi - FOTO, VİDEO

Xuzistanda su üsyanı davam edir: 1 gənc etirazçı polisin açdığı atəş nəticəsində qətlə yetirilib - VİDEO

Xuzistanda xalq üsyanı davam edir: Şadqanda polis etirazçı ərəblərə atəş açıb, 1 nəfər ölüb – FOTO, VİDEO

Xuzistanda su üsyanı: Əhali küçələrə axışdı, polis narazılara güllə atdı- FOTOLAR, VİDEO

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Tehranda incəsənət xadimlərinin dəvəti ilə Xuzistana dəstək aksiyası keçirilib – VİDEO

2021-08-01

gun az article

Tural Gəncəliyev: “Jirinovski və onun kimiləri yeni reallığı qəbul edə bilmir”

2021-08-01

gun az article

Sabah temperatur 36 dərəcəyə yüksələcək, bölgələrə yağış, dolu yağacaq

2021-08-01

gun az article

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

2021-08-01

gun az article

İordaniya Suriya ilə sərhədi bağladı

2021-08-01

gun az article

Tokio-2020: Azərbaycanın 3 idmançısı mübarizə aparacaq

2021-08-01

gun az article

Rusiyalı alim: “Kütləvi peyvəndləmə daha təhlükəli infeksiya variantlarının qarşısını alacaq”

2021-08-01

gun az article

Mövqelərimiz Naxçıvan istiqamətində atəşə tutulub

2021-08-01

gun az article

Türkiyədəki yanğınlarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsində “qaynar xətt” yaradıldı

2021-07-31

gun az article

Türkiyə Prezidenti azərbaycanlı yanğınsöndürənlərin gördüyü işlərdən danışdı-VİDEO

2021-07-31

gun az article

Azərbaycan Türkiyəyə sabah helikopter göndərəcək

2021-07-31

gun az article

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib"

2021-07-31

gun az article

Azərbaycanda son sutkada 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb

2021-07-31

gun az article

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

2021-07-31

gun az article

Türkiyədə meşə yanğınlarından həlak olanların sayı 6-ya çatıb

2021-07-31

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

2021-07-31

gun az article

Milli Məclis sədri növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb

2021-07-31

gun az article

Qubada "Şəhidlər" xatirə-kompleksinin açılışı olub

2021-07-31

gun az article

Putinlə Ərdoğan arasında telefon danışığı olub

2021-07-31

gun az article

MN: "Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır"

2021-07-31