SON XƏBƏRLƏR

Böyük Britaniyanın İrandakı səfiri XİN-ə çağırılıb

2022.10.05, 09:42
Böyük Britaniyanın İrandakı səfiri XİN-ə çağırılıb

Gunaz.tv

Ona ölkəsinin Xarici İşlər Nazirliyi rəsmilərinin müdaxilə xarakterli bəyanatlarına görə, İranın etiraz notası təqdim olunub.

Bu, Böyük Britaniya Xarici İşlər Nazirliyinin İranın Britaniyadakı səfirliyinin müvəqqəti işlər vəkili Mehdi Hüseyni Mətini oktyabrın 2-də İran etirazçılarına qarşı repressiyalara etiraz olaraq çağırmasından sonra baş verib.

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Klorli İranın Londondakı səfirinin çağırılmasını elan edərkən “İslam Respublikasının təhlükəsizlik qüvvələrinin İranda nümayişçilərə qarşı tətbiq etdiyi zorakılıq həqiqətən sarsıdıcıdır” deyib.

O, bildirib ki, Britaniya İran hakimiyyət orqanlarını insan hüquqlarının aşkar pozulmasına görə məsuliyyətə cəlb etmək üçün tərəfdaşları ilə əməkdaşlığı davam etdirir

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar