SON XƏBƏRLƏR

"Şərqi Azərbaycan mədənlərinin gəlirləri Tehrana daşınır"-Vali

2022.03.17, 09:22
"Şərqi Azərbaycan mədənlərinin gəlirləri Tehrana daşınır"-Vali

Gunaz.tv

Vali bu sözləri İran prezidentinin iqtisadi məsələlər üzrə vmüavini Möhsün Rezainin iştirakı ilə Təbriz Ticarət Palatasında keçirilən toplantıda deyib.

Xürrəm əyalətin zəngin təbii ehtiyatları haqda danışaraq, Şərqi Azərbaycanda 8,5 milyard ton qiymətli mineral ehtiyatları olduğunu və bu ehtiyatların mədənlərdən çıxarılaraq xam şəkildə satıldığını deyib. O, mineral zənginləşdirmə zavodlarının mövcud olmamasını tənqid edib.

O, bununla yanaşı Şərqi Azərbaycan əyalətində elektrik enerjisi və maye qaz çatışmazlığı yaşandığını, bir sıra millət vəkillərinin məsələni parlament səviyyəsində qaldırdıqlarına baxmayaraq, bu günə kimi nəticə alınmadığını deyib.

Qeyd edək ki, 3 gün bundan öncə İran daxili işlər naziri Əhməd Vəhidinin Təbrizə səfəri zamanı əyalət məsulları ilə keçirilən görüşdə Şərqi Azərbaycan valisi çox sayda yarımçıq layihələrin olduğunu və onların tamamlanması üçün büdcə olmadığını deyib.

“Azərbaycanlı məsullar Tehrana bel bağlayıb büdcə istəməkdən əl çəkməlidirlər. Yerli imkanlar və potensialdan istifadə edərək öz məsələlərinizi həll etməyə çalışın”-deyə, daxili işlər naziri bildirib.

Daxili işlər naziri Əhməd Vəhidinin açıqlaması Şərqi Azərbaycan valisi Zeynəlabdin Rəzəvi Xurrəmin büdcə ilə bağlı tənqidi çıxışına cavab kimi dəyərləndirilib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar