SON XƏBƏRLƏR

Əyalət rəsmisi: “Şərqi Azərbaycan çirkləndirici sənaye deposuna çevrilib”

2022.01.05, 11:14
Əyalət rəsmisi: “Şərqi Azərbaycan çirkləndirici sənaye deposuna çevrilib”

Gunaz.tv

Bu durumu tənqid edən Davud Behbudi Şərqi Azərbaycanı ölkədəki çirkləndirici sənayelər üçün sığınacaq yerinə çevrildiyini söyləyib.

Davud Behbudi əyalətin prioritet sənaye sahələrinin, o cümlədən maşınqayırma, avtomobil hissələri istehsalı, məişət texnikası, çanta və ayaqqabı istehsalının tədarük zəncirinin tamamlanmasının vacibliyini vurğulayıb.

“Bu sənayelərin dəyər zəncirini və təchizatını təkmilləşdirməklə əyalətin istehsal bölmələrinin potensialının və rəqabət qabiliyyətinin artırılmasına nail olmaq mümkündür”-deyə, İdarəetmə və Planlaşdırma Təşkilatının rəhbəri Şərqi Azərbaycanda bu günə kimi mövcud olmuş və ekoloji problem yaratmayan sənaye sahələrinə diqqət ayırmağın vacib olduğunu bildirib.

Davud Behbudi ilə yanaşı əyalətin iqtisadi inkişaf planlarını tərtib etmək məqsədilə keçirilən toplantıda çıxış edən Şərqi Azərbaycan əyalətinin Sənaye, Mədən və Ticarət Təşkilatının başçısı Qulaməli Rasti əyalətin mədən ehtiyatları barədə danışıb.

“Əyalətin mədən ehtiyatlarının tutumu 8,7 milyard tondur və mineral ehtiyatların səviyyəsinə görə birinci yer Şərqi Azərbaycana məxsusdur. Ölkədə bu günə kimi aşkar olunan 70-ə yaxın faydalı qazıntı növündən 52 növü Şərqi Azərbaycan əyalətindədir”-deyə, Rasi bildirib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar