SON XƏBƏRLƏR

Vyana danışıqlarında İranla Amerika arasındakı fikir ayrılıqları həll edilməyib

2022.08.08, 08:28
Vyana danışıqlarında İranla Amerika arasındakı fikir ayrılıqları həll edilməyib

Gunaz.tv

İran xəbər agentlikləri avqustun 7-i axşam saatlarında İranın baş müzakirəçisi Əli Baqeri Kəni ilə Avropa Birliyinin nümayəndəsi Enrike Mora arasında Viyanada keçirilən danışıqları barədə məlumat yayıb.

Vyanada keçirilən başqa görüşdə Enrike Moura Rusiyanın Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası müzakirələrindəki nümayəndəsi ilə də danışıb. 

Rusiya nümayəndəsi Mixail Ulyanov özünün tvitter hesabında görüşün fotosunu yerləşdirib və "görünür irəliləyiş əldə edirik"-deyə, yazıb.

Başqa bir xəbərdə isə BMT-nin baş katibi Antonio Quterreşin avqustun 7-də İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian ilə telefon danışığı apardığı qeyd olunub. Söhbətin əsas mövzusu Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının canlandırılması üzrə danışıqların olduğu bildirilir.

Eyni zamanda, İran mediası tərəfindən İranın danışıqlar qrupunun müşaviri kimi təqdim edilən Məhəmməd Mərəndi razılığa gəlmə şansını 50% qiymətləndirib.

Beynəlxalq xəbər agentlikləri İranın şübhəli nüvə fəaliyyətləri və Tehranın Vaşinqtondan tələblərinin bu danışıqlarda qaldırılan məsələlər arasında olduğunu bildirir.

“Reuters” xəbər agentliyinin məlumatına görə, İranla Beynəlxalq Atom Enerjisi Agentliyi arasında mübahisənin sonlandırılması Vyana danışıqlarında Tehranın tələblərindən biridir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar