SON XƏBƏRLƏR

Vyanada İranla nüvə danışıqlarının 8-ci mərhələsinə dekabrın 27-də start veriləcək

2021.12.24, 04:58
Vyanada İranla nüvə danışıqlarının 8-ci mərhələsinə dekabrın 27-də start veriləcək

Gunaz.tv

Bu barədə Avropa Birliyinin dekabrın 23-də yaydığı bəyanatında bildirilir.

Avropa Birliyinin bildirdiyinə görə, Böyük Britaniya, Fransa, Almaniya, Çin və Rusiya və İran diplomatları dekabrın 27-də bundan əvvəlki danışıqları davam etdirərək, hansısa bir razılaşmanın əldə olunmasına çalışacaqlar.

Bildirilir ki, Vyana danışıqlarında iştirak edən İran nümayndə heyətinin başçısı Əli Baqiri Kəni növbəti müzakirələrlə bağlı məşvərət aparmaq üçün hazırda Tehrana qayıdıb.

Qeyd edək ki, həm Amerika, həm də İsrail rəsmiləri bundan əvvəl dəfələrlə xəbərdarlıq edərək, Vyana danışıqları məğlubiyyətə uğrayacağı təqdirdə digər seçimlərə, o cümlədən də hərbi seçimə üz tutacaqlarını bildiriblər.

Qərb diplomatlarının dediyinə görə, İran müxtəlif yollarla danışıqlardan yayınaraq və müzakirələri uzadaraq nüvə proqramını inkişaf etdirməyə çalışır.

İran həmçinin ölkəyə qarşı tətbiq edilən bütün sanksiyaların tamamilə ləğv edilməsini tələb etsə də, Qərb onun bu tələbini rədd edir.

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar