SON XƏBƏRLƏR

Yandırılan torpaqlar...

2021.10.20, 07:36
Yandırılan torpaqlar...

Gunaz.tv
Yandırılan torpaqlar... ATƏT PA-nın yay sessiyasında bu məsələ qaldırılacaq ATƏT Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyəti qurumun yay sessiyasında ermənilər tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin yandırılması məsələsini qaldıracaq. Bu barədə məlumat verən ATƏT PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın sözlərinə görə, bu məsələ Azərbaycan nümayəndə heyətinin daim diqqət mərkəzindədir: "Bu məsələyə əlahiddə yanaşmaq düzgün deyil. Çünki bu məsələ bizim gündəliyimizdə hər zaman var. Təkcə ATƏT-in deyil, bütün beynəlxalq təşkilatların tədbirlərində hər zaman Dağlıq Qarabağla bağlı mövcud situasiya və ya baş vermiş yeniliklərə fikir bildirilib. Biz də bu məsələni gündəmdə saxlayacağıq". Qeyd edək ki, ATƏT PA-nın yay sessiyası iyunun 28-dən iyulun 3-dək Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar