SON XƏBƏRLƏR

Yapon araşdırmaçı Seyid Cəfər Pişəvərinin şəkilini səhifəsinin profil şəkili edib

2021.10.20, 07:36
Yapon araşdırmaçı Seyid Cəfər Pişəvərinin şəkilini səhifəsinin profil şəkili edib

Gunaz.tv

GünAz TV: Yapon araşdırmaçı, gənc yazıçı Dr. Keisuke Wakizaka bütün azərbaycanlılar kimi Güney Azərbaycan Milli Hökumətinin yaradılmasının 73-ci ildönümünü anıb.

 

Beynəlxalq Əlaqələr ixtisasi üzrə alim “21 Azər Hərəkatının” ildönümü münasibəti ilə Facebook səhifəsinin profil şəkilini Azərbaycan Milli Hökumətinin başçısı böyük öndər Seyid Cəfər Pişəvərinin şəkili ilə dəyişdirib.

 

S.C.Pişəvərinin şəkili dekabrın 11-dən yapon yazıçının  Facebook səhifəsində görünür.

 

Hazırda Türkiyədə yaşayan Dr. Keisuke Wakizaka bundan əvvəl güneyli fəal Dr. Kərim Əsğəri ilə birlikdə Güney Azərbaycanla bağlı birgə məqalə yazıb. Məqalə yapon dilində qələmə alınıb.

 

Həmin məqalədə Azərbaycan Milli Hərəkatının mahiyyəti, Azərbaycan türklərinin milli kimliyi və Tehran rejiminin Azərbaycan türklərinin milli hüquqları haqda mövqeyi barədə bəhs olunub.

 

1945-ci il dekabrın 12-də (1324-cü il azərin 21-də) S.C.Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan Milli Hökuməti qurulub. Bu tarixi gün Azərbaycan tarixinə “21 Azər Hərəkatı” kimi düşüb. Milli hökumət qurulduqdan bir il sonra Pəhləvi rejiminin qanlı müdaxiləsi və bir sıra xarici amillərə görə süquta uğradılıb.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar