Yaponiya Urmu gölünün qurumasının qarşısını almaq üçün İran hökuməti ilə əməkdaşlıq edəcək

2021-02-19 09:11

Bundan öncə Yaponiya Urmu gölünün qurumasının və ekoloji fəlakətin qarşısını almaq üçün İran hökumətinə əməkdaşlıq təklif etmişdi. Bununla razılaşmayan İran hökuməti sonunda gölün çox hissəsi quruyandan sonra Yaponiya ilə əməkdaşlığa razılıq verdi.

Gunaz.tv Quote | Gunaz article

Təbrizin “azaranjoman” xəbər saytının verdiyi bilgiyə görə, İran və Yaponiya Urmu(Urmiya) gölünün qorunması üçün daha 3 illik ortaq əməkdaşlıq barədə anlaşma imzalayıblar.


Anlaşmaya əsasən İran və Yaponiya 7 illik əməkdaşlığın davamı olaraq Urmu gölünün yenidən qurulması üçün görülən işlərin möhkəmləndirilməsi məqsədi ilə daha 3 il əməkdaşlıq edəcək.


Qeyd edək ki, 2014-cü ildən Yaponiya mütəxəssisləri Urmiya gölünün qurumasının qarşısını almaq üçün lazımi işlər görməyə çalışır. Yeni imzalanmış 3 illik ortaq əməkdaşlıq çərçivəsində yaponiyalı mütəxəssislər İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Fars və Xuzistan əyalətlərindəki göllərin qorunması və reabilitasiyası üçün də işlər görəcək.


Urmu gölü İranda ən böyük göl hesab olunur. Sahəsi təqribən 5000-6000 kv.km, hövzəsində suyun həcmi 20-24 milyard kubmetr olub, eni 40 km, uzunluğu 130 km-dir. Dəniz səviyyəsindən 1274 m yüksəklikdə yerləşən bu su hövzəsinin dərinliyi orta hesabla 5 m-dir. Ən dərin yerinin isə 7 m olduğu bildirilir. Qədim türk dilində bu gölün adı «suda yaşayış yeri» anlamını verir.


Gölə Acıçay, Sofiçay, Leylançay, Qalaçay, Üsküçay, Tufarqançay, Dərəçay, Sınıxçay çaylarının suyu tökülür. Elmi mənbələrdə göstərilib ki, bölgəyə yağıntının ən az düşdüyü illərdə belə Urmu gölündə suyun səviyyəsi aşağı düşməyib, buna səbəb isə gölə yeraltı çayların axmasıdır.


Qışın ən sərt vaxtlarında belə gölün suyu donmur ki, bunun da səbəbi suyun tərkibində duzluluğun miqdarının çox olmasıdır. Urmu gölündə irili-xırdalı 102 ada var, adaların ümumi sahəsi 33,640 hektardır. Hazırda adalarda yaşayanlar əsasən əkinçilik, maldarlıq, gülçülük, bağçılıq, xalçaçılıqla məşğul olurlar. Ərazidə limanlar var və bölgə turizm üçün çox əlverişlidir.


Urmu gölü və onun palçığı artiroz, əsəb, traxoma, müxtəlif dəri xəstəlikləri, böyrək, həzm sistemi, qadın xəstəliklərinin müalicəsi uçun əhəmiyyətli hesab olunur.


1967-ci ildə Urmu gölü qoruq elan olunub və UNESCO-nun qorunan təbii ərazilər siyahısına salınıb.


Demək olar ki, Urmu gölünün qurudulması prosesinə 1999-cu ildən başlanıb. Belə ki, gölə tökülən çaylar üzərində su anbarlarının tikintisinə start verilib, “kənd təsərrüfatında inqilab” adı altında tikilən su anbarları ilə gölə çayların tökülməsinin qarşısı alınıb.


Su anbarlarının tikintisinin başladığı vaxtdan etibarən yerli azərbaycanlılar bununla bağlı İran rəsmi orqanlarına müraciətlər etsələr də, heç bir nəticə əldə edilməyib. İranda 2009-cu ildə keçirilmiş prezident seçkiləri ərəfəsindəki kampaniya zamanı namizədlər Mirhüseyn Musəvi və Mehdi Kərrubi də Urmu gölü problemindən danışıblar.


2009-cu ildə prezident seçkisindən öncə Mahmud Əhmədinejadın başçılığı ilə keçirilən iclasda Urmu gölünün problemlərinin araşdırılması ilə bağlı dövlət komissiyasının yaradıldığı elan olunsa da, indiyə qədər bu komissiyanın heç bir əməli fəaliyyəti olmayıb.


İranın indiki prezidenti Həsən Ruhani də seçki platformasında Urmu gölünün qorunmasına yer verib. O, azərbaycanlılara prezidentliyi dövründə bu problemi həll edəcəyi ilə bağlı söz verib. Ancaq bu günə kimi bu vədlərin heç biri yerinə yetirilməyib.


Bununla yanaşı hər dəfə parlament seçkiləri ərəfəsində Şərqi və Qərbi azərbaycandan olan namzədlər əhalinin səsini qazanmaq üçün gölün reabilitasiyası üçün məsələ qaldıracaqlarını desələrdə, nəticəsi hiss olunan hansısa əməli addım atmadıqları üçün umud yaponlara qalıb.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Mehrdad Şeyxi həbs cəzasını çəkmək üçün Ərdəbil həbsxanasına gedib

2021-02-27

gun az article

GünazTV Feb.27.2021 : “Azərbaycanlılar Vaşinqtonda Ermənistan səfirliyinə etiraz etdilər”

2021-02-27

gun az article

İranda siyasi məhbus intihar edib

2021-02-27

gun az article

Qarabağa dəstək aksiyasında iştiraka görə güneyli fəalların cəzalandırılması davam edir

2021-02-27

gun az article

Qərbi Azərbaycan əyalətində daha 18 min məktəblinin təhsilini yarımçıq buraxdığı bildirilir

2021-02-27

gun az article

Əhərdə ekoloji faciə: Əncird mis yatağının zəhərli tullantıları bölgəyə axıdılır

2021-02-27

gun az article

Təbrizin “Şairlər Məqbərəsi”ndə tarixi tunel aşkarlanıb

2021-02-27

gun az article

Mərənd şəhərində iki nəfərdə mutasiyaya uğramış yeni növ koronovirusun Britaniya variantı aşkar edilib

2021-02-27

gun az article

Əli Xeyrcu Ərdəbilin təhlükəsizlik idarəsinə çağrılıb

2021-02-27

gun az article

GünazTV Feb.26.2021-Azadlıq səsi: İranda tarixin saxtalaşdırılması siyasəti və hədəfi

2021-02-27

gun az article

GünazTV Feb.26.2021: Körpü: Xocalı Soyqırımının 29-cu İldönümü

2021-02-27

gun az article

GünazTV Feb.26.2021: Paylaşım programı, 39-cu Bölüm.

2021-02-26

gun az article

Zəngan Universitetinin 6 professoru dünyanın ən yaxşı alimləri siyahısına daxil edilib

2021-02-26

gun az article

Təbriz, İran və Türkiyənin Turizm üzrə Birgə Texniki Komitəsinə ev sahibliyi edəcək

2021-02-26

gun az article

Qərbi Azərbaycan əyalətində son 24 saatda 340 nəfər koronovirusa yoluxub

2021-02-26

gun az article

İranın birinci vitse-prezidenti: Qövmlərin dil ilə bağlı tələblərinə cavab verilməlidir!

2021-02-26

gun az article

Behnam Şeyxi Evin zindanına geri dönüb

2021-02-26

gun az article

GünazTV Feb.25.2021-Sözümüz: Ana Dili

2021-02-26

gun az article

GünazTV Feb.25.2021- Düşünməyə Çağırı: Tarixdə İran və Turan Mücadələsi

2021-02-26

gun az article

Həmədanlı dağçı xanımlar Savalan zirvəsinə qış dırmanışı ediblər

2021-02-25