SON XƏBƏRLƏR

Yaponiyanın ən böyük bankları İranla əməkdaşlığı dayandırırlar

2021.10.20, 07:36
Yaponiyanın ən böyük bankları İranla əməkdaşlığı dayandırırlar

Gunaz.tv

GünAzTV: Yaponianın ən böyük banklarından sayılan Mitsubishi UFJ Maliyyə Qrupu (MUFG) və Mizuho Maliyyə Qrupu İranla əməkdaşlığı dayandırırlar. Bu barədə iyulun 12-də Röyters xəbər agentliyi Yaponiyanın maliyyə mərkəzlərinə istinadən məlumat yayıb.

 

Yayılan məlumata əsasən, Yaponiyanın ən böyük bankı sayılan Mitsubishi UFJ Maliyyə Qrupu, eləcə də Mizuho Maliyyə Qrupu, İranla əməkdalığı dayandırmalarının səbəbini Amerikanın İrana qarşı tətbiqinə başladığı yeni sanksiyaları ilə əlaqələndiriblər. Röyters-in bildirdiyinə görə, Mitsubishi UFJ Maliyyə Qrupu öz müştərilərinə bildirib ki, Amerikanın İran neftinə qarşı sanksiyaları noyabrın 4-dən başlanacaq və həmin müddətdə hazırkı vəziyyət və şəraitdə hər hansı bir dəyişiklik baş verərsə, öz müştərilərinə bu barədə məlumat verəcək.

 

Yaponiya, İranın xam neftinin əsas müştərilərindən biridir. Tokionun İrandan idxal etdiyi neftlə bağlı bank və maliyyə əməliyyatların böyük bir qismini Mitsubishi UFJ Maliyyə Qrupu həyata keçirir.

 

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

Amerikanın bu sazişdən çıxmasının ardınca, Vaşinqtonun İrana qarşı sanksiyaları genişləndirilib. Nəticədə, son həftələr dünyanın onlarla beynəlxalq bank və şirkəti İranla əməkdaşlığını dayandırıb.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar