SON XƏBƏRLƏR

Yaranan böhran nəticəsində Urmu gölündən yalnız 4 faizi qalıb

2021.10.20, 07:36
Yaranan böhran nəticəsində Urmu gölündən yalnız 4 faizi qalıb

Gunaz.tv

GünAz TV: Urmu Gölünü Canlandırma Mərkəzinin Planlaşdırma işləri üzrə müdiri Məsud Təcrişi yağıntıların azalması nəticəsində Urmu gölündə vəziyyətin daha da gərginləşdiyini bildirib.

 

O bu barədə Urmu gölünün camlandırılması üçün nəzərdə tutulan layihələr mövzusunda keçirilən iclasda danışıb. “Artıq gölün 96 faizi quruyub. Hazırda göldə 1 milyard kubmetr su var və gölün yatağının yalnız 35 faizi su ilə örtülüb”- deyə o bildirib.

 

Canlandırma Mərkəzinin rəsmisi Urmu gölü ətrafında yağıntıların azalmasının gölə mənfi təsir ediyini xüsusi vurğulayaraq əlavə edib ki, gölün su hövzəsində yağıntıların miqdarı son 67 ildə ən aşağı həddə çatıb. Bunun göldə suyun səviyyəsinin aşağı düşməsində xüsusi təsiri var.

 

M.Təcrişi sözlərinin sonunda Urmu gölünün yenidən canlanması üçün yağıntıların artmasına ümid etdiyini bəyan edib.

 

Urmu gölünün sahəsi normal vəziyyətdə 5800 kvadrat kilometr, su səviyyəsi tarazlığı isə 1278.02 metr olmalıdır. M.Təcrişinin də etiraf etdiyi kimi artıq gölün 96 faizi quruyub, onun canlandırılması üçün heç bir əməli addım atılmır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar