SON XƏBƏRLƏR

Yaşar Büyükanıta zirehli avtomobil alınıb_Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı generala dörd dəfə sui qəsd olunduğunu bəyan etdi

2021.10.20, 07:36
Yaşar Büyükanıta zirehli avtomobil alınıb_Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı generala dörd dəfə sui qəsd olunduğunu bəyan etdi

Gunaz.tv
Yaşar Büyükanıta zirehli avtomobil alınıb Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı generala dörd dəfə sui qəsd olunduğunu bəyan etdi yashar-boy.jpg Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı ordu ilə hakim Ədalət və İnkişaf Partiyası arasında siyasi bazarlıqlar olması ilə bağlı iddialara sərt cavab verib. Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Baş Qərargahın adından yayılan açıqlamada avqustun 30-da təqaüdə çıxacaq general Yaşar Büyükanıta 400 min avroya “Audi” markalı zirehli avtomobil alınması, gömrük xərcləri ilə bu rəqəmin 1 milyon avroya yüksəlməsi barədə iddialara da aydınlıq gətirilib. Baş Qərargah bəyan edib ki, Türkiyə Silahlı Qüvvələrinin hansısa siyasi bazarlığa getməsi əsla mümkün deyil, təqaüd dönəmində qorunması üçün Yaşar Büyükanıta zirehli avtomobil alınması haqda xəbərlər isə doğrudur: “Çünki məslək həyatı boyunca terror təşkilatlarının hədəfinə çevrilən hörmətli Baş Qərargah rəisi dörd dəfə sui-qəsdə məruz qalıb. Ancaq sözügedən avtomobil şəxsi deyil və dövlət malı olması səbəbindən heç bir gömrük rüsumu ödənilmədən alınmışdır. Satın alma prosesi mövcud qanunlar çərçivəsində aparılıb”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar