SON XƏBƏRLƏR

Yaşar Həsənpur Təbrizin İnqilab Məhkəməsinə çağırılıb – Çağırış vərəqəsi

2021.10.20, 07:36
Yaşar Həsənpur Təbrizin İnqilab Məhkəməsinə çağırılıb – Çağırış vərəqəsi

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Yaşar Həsənpur Təbrizin İnqilab Məhkəməsinə çağırılıb.

 

Məlumata görə, Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsi fəala çağırış vərəqəsi göndərərək ondan avqustun 12-də məhkəməyə müraciət etməsini tələb edib.

 

Məktubda fəalın məhkəməyə çağırılma səbəbi və ona qarşı irəli sürülən ittiham və ya ittihamlarla bağlı hər hansı məlumat yoxdur, sadəcə “sizə qarşı şikayətlə bağlı təyin olunan vaxtda bu şöbəyə müraciət etməlisiniz” deyə qeyd olunub.

 

Yaşar Həsənpur iyulun 5-i və 6-da keçirilən Babək qalası yürüşündən qayıtdıqdan sonra iyulun 7-də Təbrizdə öz evində mülki geyimli məmurlar tərəfindən tutulub, o iki gün saxlandıqdan sonra iyulun 9-da 100 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

 

Təbrizli fəalın mobil telefonu saxlanılarkən təhlükəsizlik qüvvələri tərəfindən götürülüb.

 

İranın təhlükəsizlik qüvvələri ənənəvi Babək qalası yürüşü ilə əlaqədar təxminən 80 azərbaycanlı fəalı saxlayıb.  Fəalların əksəriyyəti yaxalanarkən və saxlandıqları müddətdə ruhi və cismi işgəncələrə məruz qalıb.

Hazırda Babək qalası yürüşü ilə əlaqədar saxlanılan fəallardan yalnız İbrahim Nuri və Kiyumərs İslami qeyri-müəyyən vəziyyətdə saxlanılır, digər fəallar ağır mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar