SON XƏBƏRLƏR

Yaxın gələcəkdə Azərbaycan digər ölkələrə iri həcmdə təbii qaz ixrac edə biləcək

2021.10.20, 07:36
Yaxın gələcəkdə Azərbaycan digər ölkələrə iri həcmdə təbii qaz ixrac edə biləcək

Gunaz.tv
Yaxın gələcəkdə Azərbaycan digər ölkələrə iri həcmdə təbii qaz ixrac edə biləcək qaz_29_02.jpg Rusiya, İran, Türkiyə və Gürcüstanla yanaşı, Yunanıstan, İtaliya, İsveçrə kimi bir sıra Avropa dövlətləri də ölkəmizdə hasil olunan mavi yanacağın alıcısına çevrilmək niyyətindədir Yaxın gələcəkdə Azərbaycan digər ölkələrə iri həcmdə təbii qaz ixrac edə biləcək. Rusiya, İran, Türkiyə və Gürcüstanla yanaşı, Yunanıstan, İtaliya, İsveçrə kimi bir sıra Avropa dövlətləri də ölkəmizdə hasil olunan mavi yanacağın alıcısına çevrilmək niyyətindədir. Bu ilin ilk beş ayında Azərbaycandan 4,4 milyard kubmetr həcmində qaz ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 74 faiz çoxdur. İxrac olunan qazın 1,9 milyard kubmetri Cənubi Qafqaz boru kəmərinin payına düşüb. Hazırda ölkənin yalnız Rusiya, Türkiyə, Gürcüstan və İrana qaz ixrac etmək imkanı var. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, 2010-2015-ci illərdə Avropanın qaza olan tələbatı artacaq və buna görə də Avropa şirkətlərinin qazın satışına dair kommersiya şərtləri toplanıb yaxşı təhlil olunmalıdır: «Biz bu layihələrdə boru xəttinin iştirakçısı qismində deyilik. Bu, hansısa konfliktlərə və narazılıqlara səbəb ola bilər. Ona görə bizə sərf edir ki, hazırda ancaq qaz satıcısı kimi iştirak edək». /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar